Icma.az
close
up
RU
Avroviziya 2026 da ciddi dəyişikliklər edildi Yeni qaydalar

Avroviziya 2026 da ciddi dəyişikliklər edildi Yeni qaydalar

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Yayım Birliyi (AYB) "Avroviziya 2026" üçün səsvermə qaydalarında dəyişikliklər edib.

Axşam.az-ın məlumatına görə, qurum üzvləri ilə geniş məsləhətləşmələrdən sonra səsvermə sistemində təkmilləşdirmə aparılıb.

Əsas dəyişikliklər bunlardan ibarətdir:

Yarımfinalarda peşəkar münsiflərin qayıdışı: 2022-ci ildən sonra ilk dəfə yarımfinallarda peşəkar münsiflər heyəti iştirak edəcək. Münsiflərin sayı 5-dən 7-yə qaldırılacaq, həmçinin heyətə gənc üzvlər (18–25 yaş) daxil ediləcək. Münsiflərin səsi və tamaşaçı səsi təxminən 50/50 nisbətində olacaq.

Tamaşaçı səsi limitinin azaldılması: Səs verənlərin maksimum səsi 20-dən 10-a endiriləcək. Bu, tamaşaçıları səsini bir neçə iştirakçı arasında bölüşməyə təşviq edəcək.

Qaydaların və davranış kodeksinin gücləndirilməsi: İştirakçı yayımçılar və ifaçılar üçün təqdimat, təşviqat qaydaları yenilənib. Üçüncü tərəflərin, o cümlədən dövlət dəstəyi ilə həyata keçirilən kampaniyaların nəticələrə təsir etməsinə imkan verilməyəcək.

Texniki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi: AYB səsvermədə saxtakarlıq və koordinasiyalı təsirlərin qarşısını almaq üçün “Once” şirkəti ilə əməkdaşlığı davam etdirəcək və şübhəli səsvermə sxemləri diqqətlə izləniləcək.

Peşəkar mütəxəssislərin müxtəlifliyi: Münsif heyətinə musiqi jurnalistləri, müəllimlər, xoreoqraflar, səhnə rejissorları və musiqi sənayesinin digər təcrübəli nümayəndələri daxil ediləcək. Münsiflər yarış başlamazdan əvvəl öz müstəqil və ədalətli səsvermələrinə dair rəsmi bəyanat imzalayacaqlar.

Bütün yeniliklər “Avroviziya” rəhbərlik qrupu tərəfindən təsdiqlənib. Yeniliklərin nəticələri 2026-cı il müsabiqəsindən sonra qiymətləndiriləcək.

Həmçinin, 2026-cı il üçün müsabiqədə iştirak edəcək yayımçıların tam siyahısı isə 25 dekabra qədər açıqlanacaq.

Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri