Icma.az
close
up
RU
Avroviziya da fələstinli ifaçının da səhnəyə çıxması tələb olunur

Avroviziya da fələstinli ifaçının da səhnəyə çıxması tələb olunur

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

İtaliya "Avroviziya 2026"da fələstinli ifaçının səhnəyə çıxmasını istəyir.

Axşam.az xəbər verir ki, İtaliyanın ictimai yayımçısı RAI rəsmi şəkildə Avropa Yayım İttifaqına (AYİ) və Avstriyanın ictimai kanalı ORF-ə müraciət edərək bu il şouda fələstinli ifaçının müsabiqədənkənar formatda səhnəyə çıxmasına icazə verilməsini təklif edib. 

"Euronews"un məlumatına görə, RAI rəhbərliyində təmsil olunan üç nəfərin irəli sürdüyü bu təşəbbüs İsrailin müsabiqədə iştirakı ətrafında yaranan müzakirələr fonunda ictimai balansın qorunması məqsədi daşıyır. Belə ki, İsrailin iştirakı bir sıra ölkələrdə etirazlara və boykot çağırışlarına səbəb olub.

Bildirilib ki, bu addım siyasi mövqe daşımır, mədəni təşəbbüsdür:

"Əgər musiqinin təcəssüm etdirdiyi inklüzivlik və qardaşlıq dəyərlərini sarsıtmaq istəmiriksə, Fələstini "Avroviziya" səhnəsində qarşılamaq lazımdır".

Xüsusilə qeyd olunur ki, bu müraciət San-Remo-2026 festivalının iştirakçısı Levantenin açıqlamasından sonra edilib. Müğənni bildirib ki, milli seçimdə qalib gələcəyi təqdirdə İsrailin müsabiqədə iştirakına etiraz olaraq İtaliyanı "Avroviziya"da təmsil etməkdən imtina edəcək.

RAI-nin kommunikasiya üzrə direktoru Fabrizio Kazinelli "Euronews"a açıqlamasında məsələyə belə münasibət bildirib:

"RAI bu vəziyyətə göz yuma bilməzdi. Müraciət daxil olan kimi mövqeyimizi açıq şəkildə ifadə etdik".

Xatırladaq ki, bundan əvvəl Avstriyanın ictimai yayım şirkəti "Österreichischer Rundfunk" (ORF) "Avroviziya-2026"da Fələstin bayrağının qadağan edilməyəcəyini, həmçinin İsrail əleyhinə mümkün səsləndirmələrin efirdə səssizləşdirilməyəcəyini təsdiqləmişdi.

Həmçinin, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri