Icma.az
close
up
RU
Avroviziyada ilk dəfə sərt qaydalar tətbiq ediləcək

Avroviziyada ilk dəfə sərt qaydalar tətbiq ediləcək

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gələn il İsveçrənin Bazel şəhərində keçiriləcək beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Buna səbəb son bir neçə ildə bəzi davranışlar səbəbindən qalmaqalların yaşanması olub. Təşkilatçılar akkreditasiya almaq üçün tələb olunacaq məcburi davranış kodekslərini elan ediblər.

Bundan əlavə, iştirakçıları daha yaxşı dəstəkləmək üçün əlavə tədbirlər görüləcəyi bildirilib.

Qeyd olunub ki, davranış kodeksinin imzalanması akkreditasiya üçün ilkin şərtdir. Yerli qanunlara məhəl qoymamaq və siyasi fikir bildirmək qadağandır. Siz həmçinin ünsiyyət qaydalarına və davranışınıza əməl etməlisiniz.

Medianın işində də dəyişikliklər olacaq. İştirakçılar üçün çəkilişlərin qadağan olunduğu pərdəarxası zonalar yaradılacaq. Orada kameralar və jurnalistlər olmayacaq. İştirakçılar daha çox qapalı məşq keçirəcəklər. Müğənnilərə istirahət üçün daha çox vaxt verilməsi nəzərdə tutulub.

Belə ki, sadalanan dəyişikliklər ilk dəfə tətbiq ediləcək.

Xatırladaq ki, bu il Niderlandı təmsil edən müğənni Joost Klein "Avroviziya" Mahnı Müsabiqəsindən uzaqlaşdırılıb. Buna səbəb onu lentə alan fotoqrafla mübahisə yaşaması olub. Həmçinin İsrail-Fələstin münaqişəsi fonunda şüarlar səsləndirilib.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Biletlər ilin sonunda satışa çıxarılacaq.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub. /Axşam.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri