Icma.az
close
up
RU
Avrozonada inflyasiya 2025 ci ilin ilk ayında gözlənilmədən sürətlənib

Avrozonada inflyasiya 2025 ci ilin ilk ayında gözlənilmədən sürətlənib

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada yanvar ayı üzrə inflyasiya proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Avrozonada inflyasiya 2025-ci ilin ilk ayında gözlənilmədən sürətlənib.

Avropa Statistika Təşkilatının (Avrostat) məlumatına görə, istehlak qiymətləri yanvar ayında əvvəlki illə müqayisədə artaraq dekabr ayında qeydə alınan 2,4%-dən 2,5%-ə yüksəlib.

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 2,4% olacağını proqnozlaşdırırdılar.

Baza inflyasiya dəyişməyərək 2,7% səviyyəsində qalıb və proqnozlardan yüksək olub. Bununla yanaşı, diqqətlə izlənilən xidmət sektorundakı qiymət artımları bir qədər zəifləyib.

Açıqlanan rəqəmlər Avrozonada qiymət təzyiqlərinin davam etdiyini göstirir. Bölgənin ən böyük iqtisadiyyatlarından olan Almaniya və Fransada inflyasiya stabil qalsa da, İtaliya və İspaniyada sürət qazanıb.

Qeyd edək ki, həftə sonu ABŞ Prezidenti Donald Trampın qlobal ticarət müharibəsinə səbəb olan addımları qeyri-müəyyənliyi daha da artıra bilər. Çin, Meksika və Kanadaya əlavə gömrük rüsumları tətbiq edən Tramp Avropa İttifaqına (Aİ) da əlavə rüsumlar tətbiq ediləcəyini bildirmişdi.

Fransa Mərkəzi Bankının rəhbəri Fransua Villerua de Qalo ABŞ-ın bu addımlarını "çox narahatverici" adlandıraraq, qərarın "amansız" olduğunu vurğulayıb. O, Avropanı soyuqqanlı olmağa çağıraraq, Aİ-nin yalnız müdafiə tədbirləri görməklə kifayətlənməyib, eyni zamanda iqtisadi artımı necə sürətləndirə biləcəyini də düşünməli olduğunu qeyd edib.

Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) ötən ilin iyun ayından bəri ümumilikdə 5 dəfə faiz dərəcəsini azaldaraq uçot dərəcəsini 2,75%-ə endirib. Bank ötən həftə keçirilən iclasda əlavə faiz endirimlərinin mümkün olduğuna dair siqnal da verib.

Məlumat üçün bildirək ki, Avrozonaya daxil olan ölkələrin yarısından çoxunda inflyasiya hələ də 2%-dən yuxarı səviyyədə qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri