Avrozonada inflyasiya son 3 ilin maksimumuna çatıb
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Avropada İstehsalçı Qiymət İndeksi (İQİ) mart ayında 3,4 faiz artaraq 2022-ci ilin avqust ayından bu yana en sürətli sıçrayışını edib.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin yaratdığı güclü maliyyə təzyiqləri Avrozonada inflyasiyaya səbəb olub.
Avropa Statistika Bürosunun (Eurostat) açıqlamasına əsasən, Avrozonada İQİ mart ayında aylıq 3,4, illik göstəriciyə görə isə 2,1 faiz artıb. Bu rəqəmlərin növbəti aylarda daha da artacağı gözlənilir.
Digər mümkün ssenari odur ki, tədarük zəncirindəki ilkin şoklar, xüsusən də əmək haqqına düzəlişlərdən qaynaqlanan ikinci inflyasiya effektləri yarada bilər.
Bu vəziyyətdə Avropa Mərkəzi Bankının (AMB) bəzi qabaqlayıcı addımlar atacağı gözlənilir. Belə ki, artıq pul bazarlarında AMB-nin iyun iclasında faiz artırma ehtimalı 70 faizə yüksəlib. Bankın ilin sonuna qədər ən azı daha iki faiz artımı edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 May 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















