Avstraliya çimərliyində kosmik toplar a bənzəyən sirli obyektlər aşkar olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 iyul, AZƏRTAC
Avstraliyanın Kvinslend ştatında yerləşən Forrest çimərliyində "kosmik toplar"a bənzədilən və mənşəyi bilinməyən bir neçə naməlum obyekt aşkar olunub. Hazırda onların tərkibi və mənşəyi ilə bağlı araşdırma aparılır.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Kvinslend polisi iyulun 3-də Taunsvil şəhərinin şimalındakı Forrest çimərliyində naməlum obyektlərin aşkarlanması barədə məlumat aldıqdan sonra hadisə yerinə cəlb olunub. Həmin gün üç, ertəsi gün isə daha bir obyekt tapılıb.
İlkin ehtimallara görə, obyektlərin tərkibində təhlükəli kimyəvi maddələr var və bu səbəbdən də Kvinslend Yanğından Mühafizə Xidmətinin ixtisaslaşmış qrupları onları təhlükəsiz şəkildə mühafizə altına alıb. Ərazi ətrafında 50 metrlik təhlükəsizlik zonası yaradılıb və əməliyyatlar davam etdirilir.
Avstraliya Kosmik Agentliyi obyektlərin təbiəti və mənşəyinin müəyyənləşdirilməsi istiqamətində polis və digər aidiyyəti qurumlarla birgə işləyir. Rəsmilər bildiriblər ki, hazırda yerli əhali üçün hər hansı təhlükə qeydə alınmayıb və hadisə cinayət xarakterli insident kimi araşdırılmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















