Avstraliya hərbi obyektlərini satır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avstraliya hökuməti ölkənin ən böyük şəhərlərindəki bazalar da daxil olmaqla, onlarla hərbi obyekti satışa çıxarmağı planlaşdırır.
Oxu.Az bu barədə Avstraliyanın "ABC" telekanalına istinadən məlumat verir.
Bildirilir ki, bu qərar müdafiə imkanlarındakı defisiti qismən kompensasiya etmək məqsədi daşıyır.
Jurnalistlərin sözlərinə görə, Avstraliya Müdafiə Nazirliyinə məxsus 67 obyekt hərraca çıxarılacaq ki, onların bir çoxu ya praktiki olaraq istifadə olunmur, ya da bərbad vəziyyətdədir.
Bunların sırasında Sidney, Brisben və Melburndakı "Victoria Barracks" kazarmaları, Spektakl-Aylend adasındakı və Yeni Cənubi Uels ştatındakı "HMAS Penguin" hərbi dəniz bazası kimi obyektlər var.
Hökumət satışdan təxminən 1.8 milyard Avstraliya dolları toplamağı planlaşdırır ki, bu da daha sonra ölkənin müdafiə və şimal bazalarındakı "kritik dəlikləri", eləcə də AUKUS bloku (Avstraliya, Birləşmiş Krallıq və ABŞ arasında üçtərəfli hərbi ittifaq) çərçivəsində infrastrukturda çatışmazlıqları doldurmaq üçün istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Fevral 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















