Avstraliya İsrail və Livan arasında atəşkəsin Qəzzada döyüşlərə son qoyacağını bildirib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Livanda atəşkəs razılaşması Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün katalizatora çevrilməlidir. Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir.
"Avstraliya İsrail və Hizbullah arasında hərbi əməliyyatlara son qoyacaq atəşkəs razılaşmasını alqışlayır. Bu, insanların əzabını azaltmaq və İsrailin Livan sərhədinin hər iki tərəfindəki köçkünlərin evlərinə qayıtmasını təmin etmək üçün mühüm addımdır",- Vonq deyib.
Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, Kanberra Livanda atəşkəs tərəfdarı olan beynəlxalq koalisiyanın bir hissəsi olmaqla “danışıqçıların səylərini yüksək qiymətləndirir və bütün tərəfləri atəşkəs razılaşmasının şərtlərinə ciddi şəkildə əməl etməyə çağırır”.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















