Icma.az
close
up
RU
Avstraliya koalaların xilas edilməsi üçün ilk peyvəndi təsdiqləyib

Avstraliya koalaların xilas edilməsi üçün ilk peyvəndi təsdiqləyib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Avstraliyada ilk dəfə koalaların xlamidiozdan müdafiəsi üçün peyvənd təsdiqlənib. Alimlərin fikrincə, bu addım nəsli kəsilməkdə olan bu sevimli kisəli növünün populyasiyasını məhv edən ölümcül xəstəliyin yayılmasının qarşısını ala bilər.

AZƏRTAC xəbər verir ki, birdəfəlik peyvənd indi artıq bütün ölkə üzrə vəhşi heyvanlar üçün xəstəxanalarda, klinikalarda və çöl şəraitində istifadəyə hazırdır.

Xlamidioz cinsi yolla ötürülən, insanlarda da rast gəlinən infeksiya vəhşi təbiətdə bütün koala ölüm hadisələrinin yarısından çoxunun səbəbidir. O, sonsuzluğa və korluğa da gətirib çıxara bilər, - deyə “Reuters” yazır.

“Bəzi ayrı-ayrı koala koloniyaları hər gün yerli miqyasda yox olmaq həddinə yaxınlaşır”, - deyə Sanşayn Kosta Universitetinin mikrobiologiya üzrə professor Piter Timms çərşənbə günü bildirib. O qeyd edib ki, Kvinslend ştatının cənub-şərqindəki bəzi qruplarda və Yeni Cənubi Uels ştatında infeksiya səviyyəsi çox vaxt 50 faiz təşkil edir, bəzən isə 70 faizə çatır.

Timms komandasının on ildən çox çəkən araşdırmalardan sonra hazırladığı vaksin koalalarda çoxalma mövsümündə xlamidioz əlamətlərinin inkişaf etdirmə ehtimalını və vəhşi koalalar arasında ölüm hallarını azı 65 faiz azalda bilər.

Avstraliya hökuməti koalaların xilas edilməsinə 50 milyon dollar ayırıb.

2022-ci ildə onlar Kvinslend, Yeni Cənubi Uels və Avstraliya Paytaxt Ərazisində nəsli kəsilməkdə olan növlər siyahısına salınıb. Avstraliyanın Milli Koala populyasiyasının monitorinqi Proqramının qiymətləndirmələrinə görə, bu ərazilərdə 95 min koala qalıb.

Digər təxminlərə görə, daha 129 min koala Viktoriya və Cənubi Avstraliya ştatlarında yaşayır.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, son iyirmi ildə koalaların sayı yoluxucu xəstəliklər, yaşayış yerlərinin itirilməsi, iqlim dəyişikliyi və meşə yanğınları səbəbindən iki dəfə azalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri