Avstraliya Ukraynaya “Abrams“ tanklarının sonuncu partiyasını təhvil verib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliya Ukraynaya hərbi yardım çərçivəsində 12 ədəd M1A1 "Abrams" döyüş tankından ibarət sonuncu partiyanın təhvilini başa çatdırıb.
Bu barədə Moderator.az ABC-yə istinadən məlumat verib.
Tankların sonuncu partiyası oktyabr ayında Avstraliya silahlı qüvvələrinin 5 hərbçisinin müşayiəti ilə kommersiya yük gəmisində göndərilib. Yük 55 gündən sonra Avropaya çatıb.
Nəşrin məlumatına görə, avadanlığın təhlükəsiz çatdırılmasını təmin etmək üçün bu proses yüksək məxfilik şəraitində həyata keçirilib. Polşaya gətirildikdən sonra tanklar yoxlamadan və texniki baxışdan keçib, daha sonra Ukrayna tərəfinə təhvil verilib.
Qeyd edək ki, Ukrayna 37 zirehli texnikadan ibarət ilk partiyanı iyulda alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Dekabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















