Icma.az
close
up
RU
Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 12 iyul, AZƏRTAC

Avstraliyanın qərbində səyahət edərkən itkin düşən 26 yaşlı Almaniya vətəndaşı Karolina Vilqa 12 günlük axtarışlardan sonra sağ tapılıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, meşəlik və çöl ərazidə avtomobilinin nasazlığı səbəbindən yolda qalan gənc qadın təchizat azlığından dolayı ekstremal şəraitdə yaşamağa məcbur olub. O, gölməçələrdən su içərək, mağaralarda gecələyərək sağ qalmağa çalışıb. Gündüzlər isə günəşin mövqeyinə əsaslanaraq qərb istiqamətində hərəkət edib. Bu plan nəticə verib və qadın fermer onu görərək xilas edib.

Hazırda K.Vilqa Pert şəhəri yaxınlığındakı xəstəxanada müalicə olunur. Həkimlərin bildirdiyinə görə, o, susuzluq və fiziki zəiflikdən əziyyət çəkir, lakin həyatı üçün təhlükə yoxdur.

Polisin məlumatına əsasən, K.Vilqa səyahət etdiyi mikroavtobusu tərk etdikdən sonra istiqamətini itirib. Avtomobil günəş panelləri və su ilə təchiz olunmasına baxmayaraq, texniki nasazlıq səbəbindən ondan istifadə etmək mümkün olmayıb. Onun az qidalanması, gecənin soyuğu və vəhşi heyvan təhlükəsi səbəbindən ağır fiziki və psixoloji sarsıntı keçirdiyi qeyd olunub.

Qeyd edək ki, Karolinanın valideynləri ilə əlaqəsi kəsildikdən sonra polis axtarış tədbirlərinə başlayıb. Polis onun istifadə etdiyi, 1995-ci il model “Mitsubishi” markalı mikroavtobusu yaşayış məntəqələrindən kilometrlərlə uzaqda meşəlik ərazidə tapıb.

Yaşadığı həyati təhlükəyə baxmayaraq, K.Vilqa Avstraliyanı çox sevdiyini və səyahət planlarına davam etmək istədiyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri