Icma.az
close
up
RU
Avstraliyada 16 yaşdan kiçiklər üçün sosial media qadağan edildi VİDEO

Avstraliyada 16 yaşdan kiçiklər üçün sosial media qadağan edildi VİDEO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avstraliya hökuməti 16 yaşdan aşağı uşaqlar üçün sosial medianın qadağan edilməsini nəzərdə tutan qanunun hüquqi etiraza baxmayaraq gələn ay planlaşdırıldığı kimi qüvvəyə minəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, çərşənbə günü Sidneyin Rəqəmsal Azadlıq Layihəsi 10 dekabrda qüvvəyə minməsi nəzərdə tutulan və 16 yaşından kiçik avstraliyalı uşaqların müəyyən platformalarda hesab yaratmasını qadağan edən qanuna qarşı Ali Məhkəmədə konstitusiya iddiası qaldırdığını bildirib.
Kommunikasiya naziri Anika Uells parlamentdə çıxış edərək etiraza toxunub və hökumətin qadağanı planlaşdırıldığı kimi tətbiq edəcəyini söyləyib.
Uells deyib: “Hüquqi etirazlar, böyük texnologiya şirkətləri bizi qorxuda bilməz. Biz Avstraliya valideynləri naminə qətiyyətliyik.”
Kiçik Llibertarian Partiyasından Yeni Cənubi Uels ştatının deputatı, Rəqəmsal Azadlıq Layihəsinin rəhbəri Con Raddik də mövzuya münasibət bildirib:
“Onlayn fəaliyyətlərin valideyn nəzarəti bu gün ən əsas valideyn məsuliyyətidir. Bu məsuliyyəti hökumətə və təyin olunmuş bürokratlara təhvil vermək istəmirik.”
O əlavə edib ki, bu qadağa, gənclərin siyasi kommunikasiya azadlığına birbaşa hücumdur.
İddia Sidneydəki bir hüquq firması tərəfindən iki 15 yaşlı uşaq adından qaldırılıb. Layihənin sözçüsü Sem Palmer, məhkəmə prosesi başlamazdan əvvəl 10 dekabr qüvvəyə minmə tarixini dayandırmaq üçün məhkəmə qərarı (injunction) tələb edib-etməyəcəklərini deyə bilməyib.
Ötən həftə Meta, 16 yaşdan kiçik olduğu müəyyən edilən minlərlə avstraliyalı istifadəçiyə hesablarını silmələri üçün bildiriş göndərməyə başlayıb.
Hökumətə görə, Meta-nın üç platformasına əlavə olaraq Snapchat, TikTok, X və YouTube da 16 yaşdan aşağı avstraliyalı istifadəçiləri bloklamaq üçün “münasib tədbirlər” görməyə məcburdur. Əks halda şirkətlər 50 milyon Avstraliya dollarına (32 milyon ABŞ dolları) qədər cərimələnə bilərlər.
Malayziya da 2026-cı ildən etibarən 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağası tətbiq etməyi planlaşdırır. Malayziyanın Kommunikasiya naziri Fahmi Fadzil bu həftə etdiyi açıqlamada bildirib ki, bu qadağa, kibertəzyiq, dələduzluq və cinsi istismar kimi onlayn zərərlərdən uşaqları qorumağa yönəlmiş daha geniş təşəbbüsün bir hissəsidir.
O qeyd edib ki, ölkə Avstraliya və digər dövlətlərin tətbiqlərini araşdırır və yaş təsdiqi üçün şəxsiyyət vəsiqəsi və ya pasport vasitəsilə elektron yoxlamaların tətbiqini qiymətləndirir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri