Avstraliyada ilk dəfə H5 quş qripindən vəhşi quşların kütləvi ölümü qeydə alınıb
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, ölkə hakimiyyətinin məlumatına görə, virusun yayılması Cənubi Avstraliya ştatının cənub-şərq sahillərində yerləşən Borden-Roks adasında aşkarlanıb. Ərazidə xəstə və ölü iri kəkilli dəniz quşlarına rast gəlinib.
Virusun ilk əlamətləri Yaffo burnundan təxminən 5 kilometr cənubda yerləşən qayalıqlarda aparılan hava müşahidələri zamanı müəyyən edilib. Ərazidən götürülən nümunələrin laborator müayinəsi "H5" virusuna müsbət nəticə verib.
İyun ayının ortalarınadək Avstraliya bu təhlükəli quş qripi ştammının qeydə alınmadığı yeganə qitə idi. Virus ölkədə aşkarlandıqdan sonra əsasən köçəri subantarktik dəniz quşlarında, xüsusilə Cənubi Avstraliya, Qərbi Avstraliya və Yeni Cənubi Uels sahillərində yaşayan nəhəng fırtınaquşularında aşkarlanıb.
Son məlumatlara görə, Avstraliyada "H5" virusuna yoluxma ilə bağlı 74 hal təsdiqlənib. Yoluxmaların əksəriyyəti Cənubi Avstraliyada qeydə alınıb, həmçinin Qərbi Avstraliya, Viktoriya, Yeni Cənubi Uels və Kvinslend ştatlarında da hallara rast gəlinib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 03 Avqust 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















