Avstraliyada qəza: Xəsarət alanlar var
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
"Alfred" tropik qasırğasına hazırlıq işlərində yardım üçün göndərilən Avstraliya hərbçiləri Brisben şəhərindən 220 km məsafədə qəzaya düşüb, 36 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
"Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıblar. Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir", - məlumatda qeyd edilib.
Bildirilib ki, qəza nəticəsində azı 36 hərbçi xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az"
Baxış sayı:108
Bu xəbər 08 Mart 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















