Icma.az
close
up
RU
Avstraliyalı professor: İqlim dəyişikliyi ilə mübarizədə qadınların liderliyi vacibdir

Avstraliyalı professor: İqlim dəyişikliyi ilə mübarizədə qadınların liderliyi vacibdir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqlim dəyişikliyi ilə mübarizədə qadınların liderliyi vacibdir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Avstraliyanın Queensland Texnologiya Universitetinin professoru və hüquqşünası Sandra Krimer noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Gender, İqlim və Təhlükəsizlik" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkəsində və Sakit Okean icmalarında qadınlar iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox məruz qalsa da, iqlimə davamlılıq və təhlükəsizlik məsələlərində əsas rol oynayırlar.

Qonaq qeyd edib ki, qadınlar iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan icmaların təbii resurslarını qorumaq və dayanıqlı həll yolları tapmaq üçün çox mühüm bilik və bacarıqlara malikdirlər.

"Biz qadınların iqlimlə bağlı müzakirələrdə daha çox iştirakını təmin etməli və onların liderliyini dəstəkləməliyik", – deyə o vurğulayıb.

Professor həmçinin gender bərabərsizliyinin iqlim dəyişikliyi ilə mübarizədə böyük əngəl yaratdığını bildirib və qadınların bu prosesdə önə çıxmalarının vacibliyini qeyd edib: "Qadınların rolunu tanımaq və dəstəkləmək, həm yerli icmaların, həm də qlobal səviyyədə davamlı inkişafın təmin edilməsi üçün vacibdir," – deyə S. Krimer əlavə edib.

Sonda o, beynəlxalq ictimaiyyəti qadınların səslərinin daha çox eşidilməsi üçün addımlar atmağa çağırıb, qadınların liderliyinin iqlim dəyişikliyinə qarşı mübarizədə güclü amil olduğunu vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri