Avstraliyanın nəhəng bankı yüzlərlə işçisini ixtisar edəcək
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Avstraliyanın aparıcı banklarından biri olan "ANZ Group" restrukturizasiyası çərçivəsində 3500 nəfəri işdən çıxarmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, 43.000 işçisi olan "ANZ" sektorun ən böyük işəgötürənlərindən biridir və bu qərar son illərdə bankçılıqda ən böyük ixtisarlardan biri kimi qeydə alınıb.
Bank 3500 iş yeri, 1000 podratçını ixtisar edəcəyini və konsaltinq müqavilələrini nəzərdən keçirəcəyini açıqlayıb.
Bankın yeni baş direktoru Nuno Matos tərəfindən açıqlanan plana əsasən, bank işçilərin işdən çıxarılmasına əlavə olaraq 560 milyon Avstraliya dolları ( təxminən 369 milyon ABŞ dolları ) dəyərində restrukturizasiya xərclərini öz üzərinə götürəcək.
Həmçinin bildirilib ki, konsaltinq və üçüncü tərəf podratçı müqavilələrinə yenidən baxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















