Avstriya cinayət törətmiş əfqanıstanlıların deportasiyasına başlayıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Avstriya Taliban hakimiyyətə gələndən sonra ilk dəfə olaraq Əfqanıstan vətəndaşını öz ölkəsinə deportasiya edib.
APA xəbər verir ki, bu barədə Avstriya hökuməti məlumat yayıb.
Hökumət deportasiyaların davam edəcəyini bildirib.
Ölkənin federal kansleri Kristian Stoker özünün “X” hesabında paylaşım edərək qeyd edib ki, bu səhər ağır cinayətlərə görə məhkum olunmuş şəxs Kabula deportasiya olundu: "Bu, 2021-ci ildən bəri Əfqanıstana ilk deportasiya idi. Avstriya açıq-aydın mesaj göndərir: cinayət törədərək ölkəmizdə yaşamaq hüququnu itirmiş heç bir şəxsə tolernatlıq göstərilməyəcək”.
Qeyd edək ki, bu ilin iyul ayında Avstriya Suriya vətəndaşını öz ölkəsinə deportasiya edən ilk Avropa İttifaqı ölkəsi olub.
Avstriyada sığınacaq üçün müraciət edənlər arasında Suriya və Əfqanıstandan olan insanlar çoxluq təşkil edir.
Baxış sayı:77
Bu xəbər 21 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















