Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Budapeşt, 18 sentyabr, AZƏRTAC
Avstriya hökuməti Macarıstan, Slovakiya, Çexiya və Sloveniya ilə sərhədlərində tətbiq olunan müvəqqəti yoxlamaların müddətini daha altı ay artırıb.
AZƏRTAC xəbər verir ki, qərarın əsas səbəbi qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin davam etdirilməsi kimi göstərilir.
Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib ki, mövcud tədbirlər hələ də zəruridir. Hökumətin məlumatına görə, nəzarət tədbirləri sərhədi müntəzəm keçən, o cümlədən işə gedib-gələn şəxslərə mümkün qədər az təsir göstərməlidir. Bildirilir ki, bəzi yoxlamalar birbaşa sərhəd xəttində deyil, sərhədə yaxın ərazilərdə aparılır. Avstriya hakimiyyəti mövcud sistemin sərhəd nəzarətini daha çevik və səmərəli etdiyini qeyd edir.
Şengen qaydalarına əsasən daxili sərhədlərdə daimi yoxlamalar aparılmır, lakin təhlükəsizlik və digər fövqəladə hallarda üzv dövlətlər müvəqqəti nəzarət tətbiq edə bilərlər. Buna görə Macarıstandan Avstriyaya gedən sərnişinlər, xüsusilə sıx vaxtlarda, əlavə vaxt nəzərə almalıdırlar. Hakimiyyət bildirir ki, məqsəd adi sərhəd hərəkətinin və gündəlik gediş-gəlişin mümkün pozulmasını minimuma endirməkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















