Avstriya klubunun futbolçusu hücuma məruz qalaraq ciddi xəsarət alıb
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstriyanın "Rapid" klubunun futbolçusu Qvido Burqştaller paytaxt Vyananın mərkəzində hücuma məruz qalaraq ciddi xəsarət alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı forvard ötən şənbə günü naməlum şəxsin güclü zərbəsindən sonra yerə yıxılıb və nəticədə kəllə sümüyü sınıb.
"Rapid" onun bir neçə gün xəstəxanada qalacağını açıqlayıb. 2022/2023 mövsümündə Avstriya çempionatının ən yaxşı bombardiri olan hücumçu ümumilikdə bir neçə ay futbol oynaya bilməyəcək.
Paytaxt təmsilçisi həmçinin hüquq-mühafizə orqanlarının cinayətkarı müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Q.Burqştaller Avstriya millisində 26 oyun keçirib və iki qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















