Avstriya Rusiya qazına alternativ tapdı Yanacaq bu mənbələrdən əldə ediləcək
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Avstriyaya qaz ixracını dayandırdıqdan sorna ölkənin enerji şirkətləri qış aylarında enerjiyə olan tələbi ödəmək üçün alternativ mənbələrin axtarışını gücləndirib.
Sfera.az xəbər verir ki, ölkənin enerji şirkətləri rus qazına alternativ kimi külək və su elektrik stansiyalarında istehsalın artırılmasını görürlər.
“Reuters” in məlumatına əsasən, bu il Avstriyada rekord həcmdə külək enerjisi istehsalı və hidroenerji istehsalı nəzərdə tutulub. Şirkətlərin proqnozuna əsasən, adıçəkilən iki mənbə üzrə istehsalı artırmaqla rus qazının yoxluğunun yaratdığı boşluğu doldurmaq mümkün olacaq.
Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti ilə Avstriyanın qaz idxalçısı OMV arasında qaz ticarətinə son verilib. Avstriya Rusiyadan qazı əsasən, elektrik enerjisinin istehsalında istifadə üçün idxal edirdi.
Rusiyadan qaz idxalının dayanması xəbərinin yayılmasından sonra Avropada qaz bahalaşmışdı. Amma Avstriyadan gələn açıqlamalar göstərir ki, Rusiyadan qaz idxalının dayanmasına görə, digər ölkələrdən qaz alışı həyata keçirilməyəcək.
Qeyd edək ki, Avstriya kiçik çaylarla zəngin olan ölkədir. Burada 3000-dən çox su elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyasının şəbəkəsinin böyüklüyünə görə Avstriya Avropanın ən böyüklərindən biri hesab edilir. Su elektrik stansiyaları ölkənin elektrik enerjisinə olan tələbinin 70 faizə yaxınını ödəyir.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















