Avtobus maneəyə çırpılaraq aşdı 16 nəfər öldü, 18 i yaralandı
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə dairənin axtarış-xilasetmə xidmətinin rəhbəri "Kompas" nəşrinin "YouTube" kanalının efirində məlumat verib.
"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib", - deyə o dəqiqləşdirib.
Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Cokyakartaya yüksək sürətlə hərəkət edirmiş, nəticədə yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və hazırda həkim nəzarətindədirlər.
Baxış sayı:97
Bu xəbər 22 Dekabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















