Avtobus şosedə palçığı maşının üstünə sıçratdı Təlimçi ŞİKAYƏT ETDİ VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Avtobus sürücülərinin bəzi hərəkətləri digər nəqliyyat vasitəsi idarəçilərinin narazılığına səbəb olur. Daha bir analoji hal Sabunçu rayonunda baş verib.
Zabrat şosesinin rayon ərazisindən keçən hissəsində yaşanan vəziyyətin görüntüsünü təlimçi Arzu Babazadə Avtosfer.az-a göndərib. O bildirib ki, 90-JL-373 nömrəli “Daewoo” markalı avtobus, yolda hərəkət zamanı digər minik avtomobilinin yanından keçərkən suyu nəqliyyat vasitəsinin üzərinə sıçradıb. Hadisə nəticəsində minik avtomobilinin ön hissəsi çirkəklənib və sürücünün görmə imkanları məhdudlaşıb. “Ayşən LTD” MMC-yə məxsus 107 nömrəli marşrut avtobusunun hərəkəti avtomobil idarəçisinin, eləcə də təlimçinin narazılığına səbəb olub.
Qeyd edək ki, belə hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, 40 manat cəriməyə səbəb olur. Əgər sıçrayan maye avtomobilə zərər vurarsa, əlavə olaraq maddi məsuliyyət də yarana bilər.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















