Avtobus sürücüləri döymə etdirə bilərmi? RƏSMİ CAVAB
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini idarə etməkdən imtina etməsi narazılığa səbəb olub.
Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə ərzində hərəkəti davam etdirməyib.
O, bir nəfərə görə bütün sərnişinlərin yolda qalacağını bildirib.
Qeyd edək ki, məlum hadisədən sonra 5 nömrəli marşrut avtobusun sürücüsü işdən azad olunub.
Bildirək ki, sosial şəbəkələrdə sürücünün davranışı ilə yanaşı, xarici görünüşü də müzakirələrə səbəb olub.
Onun boyun nahiyəsindəki nəzərəçarpan döymələr avtobus sürücülərinin işə qəbulu zamanı xarici görünüşlə bağlı hər hansı tələblərin olub-olmaması və bu kimi məqamların nə dərəcədə nəzərə alınması məsələsini gündəmə gətirib.
Maraqlıdır, ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin xarici görünüşü ilə bağlı hər hansı tələb və ya məhdudiyyət varmı? Avtobus sürücülərinin boyun və digər görünən nahiyələrində döymələrinin olması işə qəbul zamanı nəzərə alınırmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, “BakuBus” MMC-də sürücülərin işə qəbulu zamanı əsas meyarlar onların peşəkar hazırlığı, müvafiq sürücülük bacarıqları, sağlamlıq vəziyyəti və vəzifə öhdəliklərini yerinə yetirmək qabiliyyətidir:
“Sürücülərin bədənində döymələrin olması işə qəbul zamanı ayrıca qiymətləndirmə meyarı hesab edilmir. Əsas tələb əməkdaşların xidməti vəzifələrini müəyyən edilmiş qaydalara və peşə etikası prinsiplərinə uyğun şəkildə yerinə yetirməsidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Avtobus sürücüləri döymə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















