Icma.az
close
up
RU
Avtobus sürücülərinin normadan artıq sərnişin yığması qanun pozuntusudur?

Avtobus sürücülərinin normadan artıq sərnişin yığması qanun pozuntusudur?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində “KamAZ” markalı yük avtomobilinin idarəetməni itirərək minik maşınının üzərinə aşması nəticəsində yük maşınının sürücüsü və “Changan” markalı avtomobilin sərnişinləri həyatını itirib.

Qəza zamanı ağır nəticələrin qarşısının alınmasında 92 nömrəli avtobusun sürücüsünün də böyük rolu olub. Əgər yük maşını avtobusun üzərinə aşsaydı, nəqliyyat vasitəsində olan təxminən 20 sərnişin ciddi təhlükə ilə üzləşə bilərdi.

Hadisə bir daha sərnişindaşıma sahəsində mühüm məqama avtobusların tutumuna nəzarətin vacibliyinə diqqət çəkib. Xüsusən də şəhər ətrafında fəaliyyət göstərən marşrut avtobuslarında sərnişinlərin qapılardan sallanaraq getməsi adi hala çevrilib. Kiçik tutumlu sovet tipli avtobuslarda bu vəziyyət daha acınacaqlıdır. Belə hallarda isə qəza baş verdikdə, avtobusun tutumundan artıq sərnişin daşıması xəsarət və ölüm riskini daha da artırır.

Ümumiyyətlə, avtobusların tutumuna nəzarət necə həyata keçirilir? Bu, istər “BakuBus”, istərsə də digər sərnişin avtobuslarına aiddir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu istiqamətdə mütəmadi reydlər keçirirmi? Sərnişinlərin avtobusların tutumundan artıq daşınmasının qarşısı hansı tədbirlərlə alınır?

Məsələ ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, marşrut xətləri üzrə avtobus sayı agentlik tərəfindən müəyyən edilir və daşıyıcılar qarşısına müvafiq tələb qoyulur:

“Buna nəzarət həm AYNA-nın Monitorinq Mərkəzi, həm də ərazi üzrə əməkdaşlar tərəfindən həyata keçirilir. Mütəmadi xətlər üzrə təhlil aparılır və hər hansı marşrut üzrə tələbat yaranırsa, əlavə avtobusun cəlb edilməsi məsələsinə baxılır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Avtobus sürücüləri sərnişin Tural Orucov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri