Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Avtobus sürücüsü qadın sərnişini döydü, həbs edildi

Avtobus sürücüsü qadın sərnişini döydü, həbs edildi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda avtobus sürücüsü ilə sərnişin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən avtobus dayanacağında baş verib. 
Ağdam rayon sakini, 1966-ci il təvəllüdlü Aslan idarə etdiyi “Daevo” markalı avtobusun salonunda sərnişin qismində olan Tahirə (adlar şərtidir – red.) kartla gediş haqqını ödəmədiyinə və telefonu ilə onu çəkiliş etdiyinə görə mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı Tahirəni əli ilə bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 165 nömrəli xətt avtobusda sürücü olaraq çalışır: “Baş vermiş hadisəyədək zərərçəkmiş şəxsi tanımamışam. Hadisə günü, nahar saatlarında “20  yanvar” metrostansiyası yaxınlığında idarə etdiyim 165 saylı avtobus xətti ilə duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli oldum. Bir qadın avtobusa kartla ödəniş etmədən keçdi. Mən həmin qadına irad tutaraq ödəniş etməsini tələb etdim. Bu zaman həmin şəxs əsəbləşərək, mənə “əcəb edirəm, sən kimsən?” ifadəsini işlətdim. Mən də ona avtobusun sürücüsü olduğumu və  vəzifəmin bu olduğunu bildirdim. Zərərçəkmiş şəxs mənim bu sözlərimə məhəl vermədi. Hətta digər sərnişinlər onun yerinə ödəniş etmək istədi. Amma o, onlara razılıq vermədi. O, həm mənmimlə, həm də digər sərnişinlərlə mübahisə yaratdı. Mən həmin şəxsin aqresiv və mübahisəyə meyilli biri olduğunu gördüm, buna əmin olduqdan sonra ona heç bir söz demədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, yol hərəkətini davam etdirib və Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirib, avtobusu saxlayıb: “Bütün sərnişinlər avtobusdan düşsə də, lakin zərərçəkmiş şəxs düşmədi. Məni mobil telefonu vasitəsi ilə kameraya çəkdi. Mən zərərçəkmiş şəxsə avtobusda kameraların olmasını, həmin görüntülərə ehtiyac olmadığını bildirdim. O, isə sinəmdən tutdu və mənə “sənin ölülərinə nəhlət” ifadəsini işlətdi. Mən həmin qadının dediklərindən əsəbləşdiyim üçün özümü saxlaya bilmədim, onu vuraraq özümdən uzaqlaşdırdım. Bundan sonra zərərçəkmiş Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməsindən xəbər tutdum”.
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb, onunla hər hansı ədavət və düşmənçiliyi olmayıb: “2024-cü ilin noyabrın 15-də, günorta saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığından 165 saylı xətt avtobusuna mindim. iş yerimə getmək istədim. Müəyyən səbəblərdən avtobus kartına pul vura bilmədim. Mən isə mütləq getməli olduğumdan məcbur qalaraq ödəniş etmədən avtobusa mindim, boş oturacaqlardan birində əyləşmək istədim. Sürücü məndən ödəniş etməyimi tələb etdi. Mən isə ödəniş edə bilməyəcəyimi bildirdim. Bu zaman həmin avtobus sürücüsü ilk olaraq məni nalayiq ifadələrlə təhqir edərək, hədələməyə başladı. Daha sonra isə üzərimə hücum çəkmək istədim. Bu zaman avtobusdakı digər sərnişinlər araya girdi, həmin adamın mənə xəsarət yetirməsinə əngəl oldu. Sürücü hadisə ilə bağlı çox əsəbi olduğundan və mənə xəsarət yetirəcəyindən qorxduğum üçün hələ 3-cü mikrorayon dairəsində olarkən Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim”. 
Tahirə qeyd edib ki, həmin gün avtobus sürücüsü sonuncu dayanacağa çatdıqda avtobusda heç kimin olmamasından istifadə edib, qapıları bağlayıb v üzərinə hücum çəkib: “Bir dəfə yumruqla sifət nahiyəmdən vurdu. Daha sonra yerə yıxaraq təpiklə bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi, bəlkə də ölməyimi istədi. Bu zaman avtobusda heç bir sərnişin olmayıb. Həmin sürücü zərbənin təsirindən avtobusun pəncərəsinə dəydim. Sürücü sinəmdən tutaraq özünə çəkdi və yenidən sol göz nahiyyəmdən yumruqla bir dəfə vurdu. Mən aldığım zərbənin təsirindən huşumu itirdim və yerə yıxıldım. Bir müddət keçdikdən sonra özümə gəldim və polisə müraciət edərək, döyüldüyümü bildirdim. Uzun müddət keçməmiş polis əməkdaşları oraya gəldi. Mən və sürücü Mehdiabad polis bölməsinə aparıldıq”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksindəki yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini  gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, müalicəsi ilə əlaqədar olaraq  xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib. 
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs barışıq əldə etmək üçün heç bir cəhd göstərməyib, sağlamlığına qarşı yetirdiyi xəsarətlərə görə heç bir maddi və yaxud mənəvi dəstək olmayıb. 
Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar açıqlayıb. Qərara görə, apellyasiya şikayəti təmin edilib.
Abşeron Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib və təqsirləndirilən şəxsə 4 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbs olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri