Avtobus sürücüsünün sükan arxasında ölmə səbəbi bilindi AÇIQLAMA
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bakıda sərnişin daşıyan avtobusun sükanı arxasında dəhşətli anlar yaşanıb, sürücü hərəkətdə olan nəqliyyat vasitəsində qəfil keçinib. Hadisə şahidlərin gözü qarşısında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində baş verib. 55 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü, 60 yaşlı Rövşən Hüseynovun ürəyi qəfil dayanıb. Paytaxt sakini olan sürücünün infarkt keçirdiyi müəyyən edilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sükan arxasında qəfil ölüm hallarının tibbi səbəblərinə toxunan terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a bildirib ki, bu hadisələrin kökündə əsasən ürək-damar sistemi xəstəlikləri dayanır.
“Ən çox rast gəlinən səbəb miokard infarktı və ya qəfil ürək ritm pozuntularıdır. Məsələ ondadır ki, bu tip ölümlər adətən birdən-birə baş vermir. İllərlə davam edən yüksək stress, uzun saatlar oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret, təzyiq və şəkər kimi nəzarətsiz qalan problemlər ürək damarlarında gizli dəyişikliklər yaradır. Xüsusilə ictimai nəqliyyat sürücüləri kimi gərgin və məsuliyyətli işdə çalışan insanlarda risk daha yüksək olur. Son illər ürəkdən qəfil ölüm hallarının artması da məhz həyat tərzinin dəyişməsi ilə bağlıdır. İnsanlar daha az hərəkət edir, daha çox stress yaşayır və müayinələrə gec müraciət edir. Bu baxımdan əsas çıxış yolu vaxtında müayinələr, təzyiq və xolesterinin nəzarətdə saxlanması, düzgün qidalanma və mümkün qədər stressin azaldılmasıdır. Çünki ürək xəstəlikləri çox vaxt əvvəlcədən siqnal verir, sadəcə bu siqnalları vaxtında ciddiyə almaq lazımdır” - deyə həkim qeyd edib.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Sükan arxasında qəfil ölüm hallarının tibbi səbəblərinə toxunan terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a bildirib ki, bu hadisələrin kökündə əsasən ürək-damar sistemi xəstəlikləri dayanır.
“Ən çox rast gəlinən səbəb miokard infarktı və ya qəfil ürək ritm pozuntularıdır. Məsələ ondadır ki, bu tip ölümlər adətən birdən-birə baş vermir. İllərlə davam edən yüksək stress, uzun saatlar oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret, təzyiq və şəkər kimi nəzarətsiz qalan problemlər ürək damarlarında gizli dəyişikliklər yaradır. Xüsusilə ictimai nəqliyyat sürücüləri kimi gərgin və məsuliyyətli işdə çalışan insanlarda risk daha yüksək olur. Son illər ürəkdən qəfil ölüm hallarının artması da məhz həyat tərzinin dəyişməsi ilə bağlıdır. İnsanlar daha az hərəkət edir, daha çox stress yaşayır və müayinələrə gec müraciət edir. Bu baxımdan əsas çıxış yolu vaxtında müayinələr, təzyiq və xolesterinin nəzarətdə saxlanması, düzgün qidalanma və mümkün qədər stressin azaldılmasıdır. Çünki ürək xəstəlikləri çox vaxt əvvəlcədən siqnal verir, sadəcə bu siqnalları vaxtında ciddiyə almaq lazımdır” - deyə həkim qeyd edib.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Lənkəranda avtobus sürücüsü sükan arxasında keçindi
12 Yanvar 2026 22:52
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ VİDEO
22 İyun 2026 15:20
Avtobus sürücüsünün rəqsi gündəm oldu “Baku Bus”dan RƏSMİ AÇIQLAMA (VİDEO)
08 Oktyabr 2025 13:45
Sumqayıtda avtobus sürücüsünün təhlükəli manevr etməsinin səbəbi AÇIQLANDI VİDEO
23 Mart 2026 17:16
Avtobus sürücüsü sükan arxasında pivə içib? Video
21 İyul 2025 21:38
Baxış sayı:95
Bu xəbər 21 Aprel 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















