Icma.az
close
up
RU
Avtobus və metroda gedişhaqqı: belə ola bilər YENİLİK

Avtobus və metroda gedişhaqqı: belə ola bilər YENİLİK

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi ölkələrdə diferensial gedişhaqqı tətbiq olunur. Bu yanaşma, əsasən nəqliyyat xidmətlərinin təklif və tələbinə uyğun olaraq qiymətlərin dəyişməsini təmin edir. Məsələn, Polşa, Fransa, Çin, Hindistan, Sinqapur, Özbəkistan və sair kimi ölkələrin müxtəlif şəhərlərində istər avtobus, metro, istərsə də taksi tarifləri bu formada müəyyən olunur. Bildirilir ki, bu model sərnişinlərə həm daha ədalətli, həm də əlçatan qiymət təklif edir.

Azərbaycanda da diferensial tariflərin tətbiqi mümkündürmü? Bu model sərnişindaşıma sektorunda həm sərnişinlər, həm də daşıyıcılar üçün hansı üstünlüklər gətirə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, ölkəmizdə sərnişinlər üçün əlçatan qiymətlərin tətbiqi məqsədilə yeni model hazırlanmalıdır:

“İllərdir qiymətlər artsa da, sərnişinlər xidmət keyfiyyətində ciddi dəyişiklik görmürlər. Buna görə də tarif modelinin yenilənməsinə ehtiyac var. İlk olaraq gün ərzində müxtəlif nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlar üçün diferensial tarif sistemi tətbiq olunmalıdır. Məsələn, Sumqayıtdan Bakıya işləməyə gələnlər, adətən ən azı iki nəqliyyat vasitəsi dəyişirlər, bu da gündə təxminən 4 manat xərc deməkdir. Belə bir tarif modeli həm sərnişinlərin xərclərini azaldar, həm də avtomobil sıxlığının qarşısını alaraq ictimai nəqliyyata yönləndirməyə kömək edər”.

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, digər vacib məsələ müəyyən kateqoriyalar üzrə endirimlərin tətbiqidir:

“Şagird və tələbələrə aylıq sərfəli paketlərin təqdim olunması məqsədəuyğundur. Bundan əlavə, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və təqaüdçülərin şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin edilməlidir. Şəhərlərarası və beynəlxalq uçuşlarda isə onlar üçün güzəştli tariflərin tətbiqi təklif olunur. Həmçinin dövlət səviyyəsində qeyd olunan bayram günlərində bütün sərnişinlərin şəhərdaxili ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi faydalı ola bilər. Bu addım milli adət-ənənələrimizə uyğun qaydada insanların yaxınlarını ziyarət etməsi və şəhərdə gəzintiləri üçün əlavə stimul yaradar.

Növbəti təklifim isə 3 yaşadək uşağı olan analara güzəştli tariflərin verilməsi ilə bağlıdır. Bu yaş dövründə qadınların işləmək imkanı məhdud olduğuna görə ailə büdcəsindən asılı qalırlar. Düşünürəm ki, bu təkliflərin həyata keçirilməsi sərnişin aktivliyini artıra, həm də ictimai nəqliyyat sisteminə fayda verər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri