Avtobus və metronun yükü belə azaldılacaq Sərnişinlərə şad xəbər
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Metronun bir neçə saatlıq dayanması Bakının nəqliyyat sistemindəki zəif nöqtələri açıq şəkildə üzə çıxardı. Şəhərdə alternativ nəqliyyatın kifayət qədər inkişaf etməməsi səbəbindən küçələrdə ciddi sıxlıq yarandı, ictimai nəqliyyat və taksi xidmətləri bu yükü qarşılamaqda çətinlik çəkdi.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, ictimai nəqliyyatın şaxələndirilməsinə ciddi ehtiyac var:
“Bu gün artıq aydındır ki, ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, taksi isə burada daha çox köməkçi vasitə rolunu oynayır. Dövlət proqramında da bu məsələ nəzərə alınıb və Bakıda tramvay xətlərinin yaradılması planlaşdırılıb. Hazırda layihələndirmə prosesi davam edir. Artıq tramvay xətlərinin ilkin çəkiləcəyi ərazilər də müəyyən edilib. Hazırda isə sistemin texniki tərəfləri ilə bağlı müzakirələr aparılır. Gözlənilir ki, yaxın dövrdə, ehtimal ki, gələn ildən etibarən bu layihənin ilkin real nəticələri görünməyə başlayacaq”.
Həmçinin oxu:
Bədən quruluşunu qorumağın qızıl qaydası: Saat 18:00-dan sonra....
Nəfəsiniz çatmayacaq: 55 hərfdən ibarət olan o söz hansıdır?
Kardioloqlar özlərinin də yediyi 6 səhər qidasını açıqladılar
O bildirib ki, tramvay xətlərinin qısa müddətdə tam şəkildə istifadəyə verilməsi mümkün deyil:
“Çünki bu, uzun zaman tələb edən bir prosesdir. Buna baxmayaraq, tramvayların istifadəyə verilməsi ictimai nəqliyyatın daha da şaxələnməsinə, həmçinin metro və avtobusların üzərindəki yükün azalmasına mühüm töhfə verəcək. Metroda baş verən son hadisəyə gəlincə, əvvəlki dövrlərlə müqayisədə metropoliten bu cür fors-major vəziyyətlərə daha hazırlıqlıdır. Son hadisə zamanı tuneldə qalan qatar sərnişinlərinin operativ və çevik şəkildə təxliyə olunması bunun bariz nümunəsi oldu və ümumilikdə müsbət göstərici kimi qiymətləndirilə bilər”.
Xatırladaq ki, ötən gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə dünən saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Sərnişinlərə ŞAD XƏBƏR: Xüsusi avtobus zolaqları yaradıldı
21 Sentyabr 2026 17:54
Sərnişinlərə ŞAD XƏBƏR Bu avtobus xətti də YENİLƏNİR
24 İyun 2026 10:02
Avtobus və metroda gedişhaqqı dəyişə bilər Sərnişinlərə ŞAD XƏBƏR
24 Oktyabr 2026 09:15
Sərnişinlərə ŞAD XƏBƏR
09 Noyabr 2024 17:54
Baxış sayı:91
Bu xəbər 22 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları