Avtobus zolağı ilə hərəkət edən “Audi” “Lexus”u vurub aşırdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması ağır qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şahidlərin verdiyi məlumatda bildirilir ki, Afiyəddin Cəlilov küçəsindəki avtobus zolağı ilə hərəkət edən “Auidi” markalı avtomobil yolayrıcına daxil olan “Lexus” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə, “Lexus” aşıb, daha sonra evakuatora yükləmə zamanı vətəndaşların köməyi ilə maşın düzəldilib.
Qəza nəticəsində “Lexus” markalı nəqliyyat vasitəsinin sərnişini xəsarət alıb. Hadisə yerinə yol polisi ilə yanaşı təcili tibbi yardım avtomobili də cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 May 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















