Icma.az
close
up
RU
Avtobus zolaqları ilə bağlı yenilik: “Daha əvvəlki dövr deyil”

Avtobus zolaqları ilə bağlı yenilik: “Daha əvvəlki dövr deyil”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.

İlk belə yer Yusif Səfərov küçəsində təşkil edilib. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Bəs yeni minib-düşmə məntəqələrinin tətbiqi ilə bağlı hansı əsas kriteriyalar nəzərə alınır? Sürücülərin bu məntəqələrdə "uzun müddətli dayanma" halında cərimələnməsi nəzərdə tutulur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yollarda taksilər və digər minik avtomobilləri üçün sərnişinləri mindirib-düşürmə məntəqələrinin yaradılmasına ehtiyac vardı:

“Bu məsələ bir neçə aydır ki, müzakirə olunurdu. Dövlət Yol Polisi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi arasında geniş müzakirələr aparıldı və nəticədə konkret nöqtələr müəyyənləşdirildi.

Bu nöqtələr əsasən nəqliyyatın sıxlığına təsir göstərməyən yerlərdə seçilib. Lakin həmin ərazilərdə taksilər və digər minik avtomobilləri üçün sərnişinlərin mindirilib-düşürülməsi üçün məntəqələrin yaradılmasına ehtiyac vardı. Çünki küçəni başdan-başa avtobus zolağı ilə işarələyib, digər sürücülərə "harada bacarırsan, orada saxla" prinsipi ilə yanaşmaq düzgün deyil.

Əgər bu yol ümumi istifadə üçün nəzərdə tutulubsa, hər kəsin ondan normal şəkildə istifadə etmək hüququ var və bu hüquq indi tanınıb. Bir çox küçələrdə bu sistem tətbiq olunacaq. Lakin sürücülər elə düşünməməlidirlər ki, avtobus zolağında dayanma və durma yerləri yaradılıbsa, istənilən yerdən ora daxil ola bilərlər.

Bu yerlər konkret nişanlarla müəyyən edilib və həmin nişanlara diqqət yetirmək vacibdir. Bəzi nöqtələrdə maksimum 2, bəzi yerlərdə isə 3 dəqiqəlik dayanmağa icazə verilir. Gələcəkdə bu nöqtələr kameralarla təchiz olunacaq və müəyyən edilmiş vaxtı ötən, yəni vəziyyətdən sui-istifadə edən, məsələn, 3 dəqiqə əvəzinə yarım saat maşını orada saxlayıb gedən sürücülər cəzalandırılacaq”.

O qeyd edib ki, bu, sürücülər üçün çox gözəl fürsətdir:

“Düşünürəm ki, bu sahədə hələ də müəyyən boşluqlar var və qanunvericilikdə dəyişikliklər edilməklə qaydalar uyğunlaşdırılmalıdır. Bu, sürücülər üçün yaxşı fürsətdir.

Bir çox küçələrdə, o cümlədən Ziya Bünyadov prospektində, Neftçilər prospektində və digər avtobus zolaqları olan ərazilərdə taksilərin və minik avtomobillərinin sərnişin mindirib-düşürməsi üçün imkanlar yaradılmalıdır.

Amma bu imkanlardan istifadə edərkən müəyyən olunmuş qaydalara da əməl etmək vacibdir. Dayanma müddəti 3 dəqiqədən artıq olmamalıdır. Maşını həmin yerə qoyub getmək düzgün deyil, çünki bu, başqalarının da haqqına girmək deməkdir. Bu məntəqələr ümumi istifadə üçündür və zərurət olmadan orada gözləmək olmaz.

Bu sistem taksi sürücüləri üçün daha əlverişli olacaq. Digər insanlar da bu məntəqələrdən istifadə edərkən əvvəlcədən müştərisi, qohumu ilə razılaşmalıdır ki, “Filan nöqtəyə yaxınlaş, mən də oraya tez gəlim, gözləməyim”. 

O bildirib ki, dayanma-durma qaydasının pozulmasına görə 20 manat cərimə nəzərdə tutulub:

“Artıq insanlar başa düşməlidirlər ki, dünya dəyişir, münasibətlər dəyişir, qaydalar dəyişir. Heç kim istədiyi yerdə yarım saat dayanıb gözləyə bilməz. Ona görə də qarşılıqlı münasibətlər düzgün şəkildə tənzimlənməlidir. 

Taksi sürücüsü ilə müştəri arasında münasibətlər də bu qaydalara uyğun qurulmalıdır. Müştəri taksi sürücüsünü məcbur etməməlidir ki, “mən harada deyirəmsə, orada saxla”. Bu artıq mümkün deyil, daha əvvəlki dövr deyil.

Avtobuslar dayanacaqdan kənarda saxlayanda sürücülər cərimələnirdi. O vaxt bir neçə sərnişin avtobus sürücüsünü döyüb, təhqir etmişdi ki, əvvəl harada deyirdim, saxlayırdın, indi niyə saxlamırsan? Bu dövrü keçmək bir az ağır oldu. Ümid edirəm ki, taksilərlə bağlı bu cür hallar yaşanmayacaq.

Burada qarşılıqlı anlayış vacibdir. Düşünürəm ki, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var. İnsanlara "sərnişin mindirib-düşürmə məntəqəsi"nin nə demək olduğu və onun fəlsəfəsi izah olunmalıdır. Bu qaydalarla bağlı kütləvi informasiya vasitələrində geniş təbliğat aparılmalıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri