Avtobusda digər sərnişinin pul kisəsini belə ələ keçirdi Saxlanıldı+Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Mart 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















