Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Azı qərar, çoxu zərər...

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Avtobusda həyatı dəyişən çilingər: “Bir milyon avro maaş alacaqdım” MÜSAHİBƏ

Avtobusda həyatı dəyişən çilingər: “Bir milyon avro maaş alacaqdım” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyevin Futbolinfo.az-a müsahibəsi

– Futbol oynamağa neçə yaşından başlamısınız?

– 1-ci sinifdən. Elə yaşadığım Buzovna qəsəbəsi mənim ilk futbol oynadığım yer olub. Məşqçimiz Boris Tibilov olub. Buradan çıxan bir çox məşhur futbolçunun müəllimidir. Məktəbləri, məhəllələri gəzib istedadlı uşaqları bir yerə yığırdı. Paşa Əliyev, Aleksandr Musatkin və Vladislav Qədirov da onun yetirməsidir.

– Elə “Xəzri”yə yolunuz da oradan açılıb?

– Yox, mən əvvəlcə əsgərliyə getmişəm. Hərbi xidməti Ukraynada çəkmişəm. Əsgərlik müddətində futboldan ayrı düşdüm. Amma burada “Xəzri-Eltac” komandasını yaradanda mənim futbol oynadığımı bilirdilər. Çünki Tibilovun tələbələri çox yaxşı oynayırdı. İmanxan Sultani məni avtobusda gördü, nə işlə məşğul olmağımla maraqlandı, dedim ki, “çilingərəm”. Dedi “gəl “Xəzri”yə.

– Mən bilən o vaxt basketbol və hokkeyə də böyük marağınız olub, bu oyunları da yaxşı oynamısınız.

– Məhəllədə hər şey oynayırdıq. Binamızın qabağında geniş meydançamız var. Hərçənd indi çox pis günə düşüb. Hokkey oynamaq üçün taxtadan “klyuşka” düzəldirdik. Yalançı silah düzədib məhəlləni bir-birinə qatırdıq.

– Ukraynada “Medita” və Donetsk “Metallurq”unun şərəfini qorumusunuz. Ora necə gedib düşdüz?

– Vladimir Kopeykin uşaqlarla Rostova gedib düşmüşdü. Orada ona deyiblər ki, Ukraynada futbolçu axtarırlar. Mən də onda “Bakı Fəhləsi”ndə oynayırdım. Gəlib mənə belə bir təklif olduğunu söylədi. Məmnuniyyətlə razılaşdım. Deyərdim ki, “Metallurq”da uğurlu çıxış etdim. Məşqçimiz Yevgeni Korol idi.

– Bəs niyə qayıtdınız?

– Ev üçün darıxdım. Qala bilmədim. Amma bəlkə də bir qədər çox qalsaydım, başqa təkliflər olardı.

– “Neftçi”yə necə keçdiniz?

– Əhməd Ələsgərov “Bakı Fəhləsi”ndə oyunumu görüb demişdi ki, “bu uşaq “Neftçi”yə keçməlidir”. Onda “Neftçi”nin prezidenti Aqil Paşayev idi. Məni çağırdılar. Bu komandaya keçməyimdə Oqtay Abdullayevin də böyük rolu oldu.

– Futbolsuzluq dövründə yenidən Ukraynaya getdiz, bu dəfə “Tavriya” ilə müqavilə imzaladınız. Orada niyə çox qalmadınınz?

– Klubun prezidenti bizdən narazı idi. Mən ora İlham Yədullayev, Cahangir Həsənzadə və Emin Quliyevlə birgə getmişdim. Oyunların birindən sonra klub prezidentinin yanında səsimi qaldırdım. Mənim hərəkətim onun xoşuna gəlmədi. Bu söz dedi, cavabını verdim, aramız dəydi. Dedi ki, millilərinin düşərgəsinə gedirlər, daha bura qayıtmasınlar.

– Ümumiyyətlə, Simferopola necə gedib düşmüşdüz?

– Bilmirəm, deyəsən, Cahangir həll etmişdi.

– Müsahibələrinizdən birində demişdiz ki, “Azərbaycanda qapıçılardan yalnız Elxan Həsənovla Hüseyn Məhəmmədovu bəyənirəm, qalanları qapıçı deyil, onlara hər yerdən qol vurmuşam”. Fikrinizdə qalırsınız? Cahangirlə bir yerdə çox oynamısınız. Onu da bəyənmirdiniz?

– Ona da qol vurmuşam. Bircə Kopeykini məyus etməmişəm. O da tez-tez bunu mənə deyirdi. Bir yerdə oynamışıq, necə vurum?!

– “Srvena Zvezda”ya Bakıda uduzanda Cahangirin səhvləri var idi?

– Slovakiya yığması ilə də, “Srvena Zvezda” ilə oyunlarda da səhvlər etdi.

– Həsənovu tərifləyirsiniz, o da “Neftçi”nin “Vidzev”ə 0:8 hesabı ilə uduzduğu oyunda səhvlərlə yadda qalmşdı…

– (susur).

– Bəs Kamran Ağayevi bəyənirsiniz?

– Hə, onu da bəyənirəm. Onda əsl qapıçı duruşu var. Çox uzun olmasa da, cəldliyi var idi.

– Almaniyanın “Enerji Kottbus” klubunun futbolçusu olacaqdınız, amma məşqdə zədələnməklə bu keçid baş tutmadı. Ora yolunuz necə düşdü?

– Bizim səfərdə Slovakiya ilə oyunumuzu “Enerji”nin menecerləri izləmişdi. Oyunumu bəyəndilər. Sonra bura gəlib “Neftçi”nin səhv etmirəmsə, “Araz Naxçıvan”la oyununu izlədilər. Xoşlarına gəldim və birbaşa Aqil Paşayevlə görüşdülər. Razılıq əldə olundu, nəticədə klub da gedişimə problem yaratmadı.

– “Enerji”yə tək siz getdiz?

– Hə, ancaq məni bəyənmişdilər. Bu komandada bir milyon avro məvacib almalı idim. Təəssüf ki, məşqdə bəxtsiz şəkildə zədələndim. Heç kimlə də toqquşmamışdım, qaçanda olmuşdu.

– Müsahibələrinizin birindən bir parça: “Neftçi”dən “Qarabağ”a keçəndə qısaca deyim ki, həmin çempionatın sonuna yaxın komandadaxili atmosfer xoşagələn deyildi. “Neftçi”də bir qrup futbolçu var idi ki, onlardan özümə qarşı xoş olmayan münasibət görürürdüm. Bu səbəbdən getmək qərarını verdim”. Həmin futbolçularla indi salam-əleykiniz var?

– Yox.

– Ad çəkə bilərsiniz?

– Xeyr.

– Onlar indi də futbolun içindədirlər?

– Bəli.

– Bəs niyə sizi gözləri götürmürdü? Paxıllıq?

– Səbəbini bilmirəm. Amma onda komandanın əsas silahı mən idim. Bəlkə də başqa məşqçi gələcəkdi deyə belə bir ssenari qurdular. Sonra da Ağasəlim Mircavadov ora gəldi.

– Daha bir sitat: “Bilirsiniz, mən “vuranda” dərhal gözə batırdım, digərləri isə… Onlara yeyib-içən deyirlər, mənə “alkaş”. Deməyə bir söz tapırlar da. Elə adamlar olub ki, heç mənimlə bir masa arxasında əyləşməyiblər, amma orada-burada yayırlar ki, Vadimlə “vurmuşam”. Gəlib üzlərinə demişəm ki, niyə yalan danışırsan, mənimlə nə vaxt oturmusan? Özünə hörmət qazanır, məni zibilə salır”. Dediyiniz bu adamlar kimdir?

– Yox, bunlar komandanın uşaqları deyildi, başqa adamlar idi.

– Onların sizi vurmaqda marağı nə idi?

– Vallah bilmirəm. Banişevskinin ayağının altını qazanların marağı nə idi bəs?

– Futbolçu olanda da spirtli içki qəbul edirdiz?

– Hə, içirdim. Amma daha bütün günü yox da. Ancaq istirahət günlərimdə.

– Qadın futbolunda “Fidan” adlı komandanı çalışdırmısınız. Ora yolunuz necə düşdü?

– AFFA şərait yaratmışdı. Nəticələrimiz də pis deyildi. Ardıcıl 2 il çempionatda gümüş medal qazandıq. Hərçənd çempionluq şansımız da var idi.

– Qadınlarla işləmək necə idi?

– Çox çətin idi. Uşaqların başının üstündə olanda səsini qaldıra, səmimi söhbət edə bilərsən, dərdləşərsən, amma qadınlarla bu alınmır. Onlarla məşq prosesi çox çətin alınır. Bir az intizamsızlıq olur, həm də onların öz qadın problemi olur. Bu bir az çətindir.

– Sizdən sonra komanda davam etdi?

– Bir az getdilər, sonra dayandılar. Orada Füzuli müəllim var idi, can qoyurdu ki, dağılmasın, amma alınmadı.

– 4 övladınız var, Timur adlı oğlunuz Bakı “İnter”inin uşaq komandasına gedib. Sonra niyə çıxdı?

– Nə bilim, istəmədi. Yaxşı oxuyurdu, təhsilini davam etdirmək istədi.

– İndi neçə yaşı var və nə işlə məşğuldur?

– 23 yaşı var. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, sonra da magistr oxuyub. Hazırda Kanada şirkətində işləyir. İndi onu hərbi xidmətə göndərməyə hazırlaşırıq.

– Futbolu yaxşı oynayırdı?

– Hə. Amma oxumağa daha çox həvəsli idi. Elmi çox sevir. Hər adamı Kanada şirkətində işə götürmürlər.

– Ora gedib yaşamaq fikri var?

– Elə bir plan yoxdur, amma aparsalar, gedəcək. Hər halda, burada onu heç kim saxlamır. Subaydır və bütün seçimlərində azaddır.

– Digər 3 övladınızın neçə yaşı var və nə işlə məşğuldurlar?

– Dəqiq bilmirəm. Burada deyirlər, anaları ilə ayrı yerdə yaşayırlar. Burada sadəcə oğlum Timur və anamla bir yerdə qalıram.

– “A” lisenziyanız var, amma “Pro” kateqoriyanız yoxdur. Demişdiz ki, pul lazımdır, Kazbek Tuayevə də ağız açmağa utanırsınız ki, sizi Ukraynaya oxumağa göndərsin. Maliyyə məsələsini həll edə bilmədiz? Sizə AFFA da kömək etmədi?

– AFFA ümumiyyətlə göndərmək istəmir. Onlar deyir ki, hamınız burada oxuyun!

– Bəs niyə burada oxumadınız?

– İmkan olsa. Ukrayna ona görə rahat idi ki, birbaşa dillə sənə öyrədirlər, burada tərcüməçilərlə…

– “Neftçi”nin U-15 komandasından dəvət almısınız, amma imtina etmisiniz. Səbəbi nə idi?

– Kazbek Tuayevin uşaq komandasında idim də, onun yanında idim. Maaşım da yaxşı idi. Öz özümün ağası idim. Bəlkə də “Neftçi”də işləyəcəyəm deyə gözümü qorxutdum.

– Getmədiyinizə görə peşmansınız?

– Əlbəttə.

– Bəs Tuayevin komandası nə oldu?

– Fəaliyyət göstərir. Amma indi özü orada deyil. “Ulduz” komandası adı ilə çıxış edirlər. Ümumiyyətlə, Kazbek Əliyeviç yetişdirməyi bacarıb. Zaur Tağızadə, Ruslan Musayev və Cahangir Həsənzadə onun əlinin altından çıxıb.

– “Nə qədər Kazbek sağdır, mən onun yanında olacağam” demişdiz. Bəs, Tuayev indi sizin yanınızdadır?

– Mənimlə maraqlanır, amma özü də işləmir. Xəstələnəndən sonra yanıma gəlib-gedib.

– “Mən özümü azərbaycanlı sayıram, Rusiya və Bolqarıstana getmək imkanım olub, amma burada qalmışam” demişdiz. Maraqlıdır, sizə bu ölkələrin hansı klublarından təklif gəlib?

– Bolqarıstandan ciddi bir klub arxamca düşmüşdü. Adını indi xatılamıram. Uzun müddət məni istədilər. “İnter”in rəhbəri Georgi Nikolov da bu keçiddə maraqlı idi. Getmədim. Rusiyada “Baltika” məni istəyirdi. Qurban Qurbanovdan öncə özü də.

– Hazırda müalicəniz necə gedir?

– Belə də, gedir də. Fizioterapiya keçmişəm. Belə deyim də, pul var idi, müalicə yaxşı gedirdi, qurtardı, o da axsadı. Mənim müalicə xərclərimi Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Xəstəxanadan çıxandan sonra isə heç kim mənə kömək etmir. Kömək deyəndə ki, məni “Şəfa” klubu çağırdı və hazırda orada işləyirəm. Komandanın oyunlarına gedirəm. Bu klubda məsləhətçi kimi çalışıram.

– Bu vəziyyətdə sizə maşın təşkil edirlər?

– Qonşum var, sinif yoldaşım olub, o məni aparıb-gətirir.

– Komandaya nə dərəcədə fayda verə bilirsiniz?

– Yox, yaxşı klubdur. Maliyyə cəhətdən də yaxşıdır. “Şəfa” stadioununu görürsünüz də. Hətta “Barselona” oranı akademiyası üçün almaq istəyir.

– Müalicəninzi aldığınız maaşla edirsiniz, yoxsa, “Şəfa” bunun üçün ayrıca pul ayırır?

– Ancaq öz maaşımla. Aldığım pul dolanmağa və dərmanlara kifayət edir. Fizioterapiyanı çalışıram özüm edim.

– O vaxtkı komanda yoldaşlarınızdan sizi yada salan var? Kim sizinlə maraqlanır?

– “Neftçi”dəki sabiq komanda yoldaşlarım Vladimir Poşoxontsev və Leonid Kalfa. İkisi də Odessada yaşayır. Müntəzəm olaraq mənə zəng edirlər. Poşoxontsev uşaq futbol məktəbində çalışır, Kalfa gəmidə işləyir.

– Bəs Azərbaycanda kimlər sizinlə maraqlanır?

– Çox adam mənimlə maraqlanır. Amma etməyənlər də var. Məsələn, Zaur Tağızadə ilə danışmamışam. Hətta Ruslan Musayev belə Moskvadan tez-tez mənə zəng edir. Amma Zaur bunu etmir.

– “Qarabağ”ın və ya “Neftçi”nin məşqçilər heyətindən sizinlə maraqlanan var?

– Yox, heç kim.

– Bu sizə pis təsir edir?

– Bəli, edir. Maraqlananlara gəlincə, İlham Yədullayev mənə tez-tez zəng edir. Bir də ki, “Neftçi”nin azarkeşlərinə təşəkkür etmək istəyirəm. Halım pisləşəndən sonra mənə yardım ayırdılar, böyük dəstək oldular. Mən onlara “çox sağ ol” demək istəyirəm. Artıq başa düşürəm ki, mən “Neftçi” azarkeşlərinin sevimli oyunçusu olmuşam. Onlarsız mən heç nə edə bilməzdim.

– Ağasəlim müəllim, köhnə veteranlar?

– Onların arasında yalnız Kazbek Tuayev mənimlə əlaqə saxlayır. Heç AFFA-nın təzə rəhbərliyi ilə də görüşməmişəm.

– 2021-ci ildə müsahibələrinizdən birində demişdiz ki, sizin üstünüzə hücum çəkiblər, 3 nəfər imişlər, siz onlara müqavimət göstərmisiniz. İkisini yerə sərmisiniz, üçüncü qaçıb. Dava nə üstə düşmüşdü?

– Xatırlamıram. Bəlkə də, belə bir şey olub, amma yadıma sala bilmirəm.

– İndi oynasaydınız, necə çıxış edərdiz?

– Necə oynamışdım, elə də oynayardım. Mənim üçün qol vurmaq önəmlidir, onu da edərdim. Özümü göstərə bilərdim. Hazırda hücumçuların potensialı aşağı düşüb. Mən indi rahat oynayardım.

– Bəs o vaxt indiki şərait olsaydı, daha artıq nə edərdiz?

– O vaxt “Bakı Fəhləsi”nin indikilər kimi pulu olsaydı, mənimlə bu komanda çox şeylər edərdi. “Neftçi”yə gəlincə, artıq nə edə bilərdilər ki? Komanda gərək özünü Avropada göstərsin.

– Ümumiyyətlə, “Neftçi”nin problemi nədir?

– Oyunçu seçimi. Niyə seçə bilmirlər, onun cavabı mənə məlum deyil. Bu işlə məşğul olanlar bunu bilir ancaq. Hazırda komandanın bu vəziyyətə düşməsi mənim ürəyimi ağrıdır.

– Deyirsiz ki, yerli hücumçuların səviyyəsi indi aşağıdır. Niyə yetişdirə bilmirik?

– Bəlkə də, məşqçilər yetişdirə bilmir, bəlkə də problem oyunçuların özündədir. Ola bilər ki, onlardan başqa şeylər tələb edirlər.

– Aşağı yaş qruplarında oynayan uşaqların problemi nədir?

– Onlar birdən-birə Ronaldo və ya Messi olmaq istəyirlər. Fikirləşmirlər ki, işləmək lazımdır. Hər şeyin birdən olmasını istəyirlər. Öz içlərindəki bacarığı çıxara bilmirlər.

– Oynadığınız dövrdə bəxtiniz gətirdi, yoxsa əksini düşünürsüz? Daha yaxşı Vadim Vasilyev görə bilərdik?

– Əlbəttə, daha da yaxşı ola bilərdim. Amma özümə bəxtsiz futbolçu da deyə bilmərəm. Problem odur ki, Avropaya getməmişəm. Orada da özümü göstərsəydim, nədənsə danışmaq olardı. Məsələn, Xviça Kvaratsxeliyanı görürürsünüz?!

– Renat Abdaşev sizi zədələdikdən sonra karyerasını bitirdi. Həmin epizodu necə xatırlayırsınız?

– Sonradan görüşdük, məndən üzr də istədi. Etiraf etdi ki, həmin epizodda məni bilərəkdən sındırmaq istəyib. Bunu qəsdən etdi.

– Səbəb nə idi? O vaxt onunla münasibətləriniz necə idi?

– Normal. Bu hadisədən sonra karyerasını bitirdi. Özü də zədələndi. Ona görə də geri qayıtmadı.

– Buzovnadakı stadiona baş çəkirsiniz?

– Hə. Təmirdən sonra açılışında iştirak etmişəm.

– Sizə doğma Buzovnanın “Xəzri”sinin olmamağı pis təsir edir?

– Əlbəttə. Bəlkə də sponsor tapılsa, onu yenidən dirçəltmək olar. Amma o vaxtkı kimi olarmı? Bunu deyə bilmərəm. Əsas problem puldur. Kim az maaşa işləyər ki? Bəziləri gözlərini uşaqların valideyninə dikib. İşə girişməyənlər də özünə sığışdırmır ki, uşaqdan pul ala bilmərəm. İndi komanda qurmaq çətindir.

– Milliyətçə rus olsaz da, azərbaycanca çox yaxşı danışırsız. Bakıda elə azərbaycanlılar yaşayır ki, öz dilində danışa bilmirlər…

– Elə şey olar, azərbaycanlı vətənində öz dilində danışa bilməsin?! Mən uşaqlıqdan Azərbaycan dilində danışıram. Mən o vaxt quş saxlayırdım, quşbazlar hamısı da Azərbaycan dilində danışırdı.

– Nə qədər quşunuz var idi?

– Çox. Sayı-hesabı yox idi. Onları damda saxlayırdım.

– Quş saxlamağa maraq haradan idi?

– Nə bilim, dostum saxlamağa başlamışdı, mən də həvəsə düşdüm.

– Yeri gəlmişkən, sizin kimi Maksim Medvedev də azərbaycanca əla danışır.

– Mən “Liv Bona Dea” klinikiasında idim. Orada Maksimi də gördüm. Tibb bacıları ilə elə qəşəng azərbaycanca danışırdı ki. Mənə ləzzət etdi.

– Rusiya çempionatına baxırsız?

– Hə. ÇSKA-ya simpatiyam olub.

– Bəs digər idman növlərini izləyirsiziniz?

– Bir az hokkeylə maraqlanıram. Aleksandr Oveçkinin rekord vurması ilə bağlı prosesləri yaxından izləyirdim.

– Rus olduğunuza görə, haradasa bu ölkənin millisinə rəğbətiniz var?

– Yox, mən ancaq Azərbaycan millisinə azarkeşlik edirəm.

– Rusiya – Ukrayna müharibəsi sizi narahat edir?

– Əlbəttə, bu mənə çox pis təsir edir. Son vaxtlar bizim də ruslarla aramız soyuyub. Az qalmışdı ki, bizimlə də onların arasında münaqişə yaşansın.

– Yəqin ki, Rusiyanın siyasətini bəyənmirsiz.

– Qətiyyən! Putinin siyasətini dəstəkləmirəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 İyul 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see625

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see441

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see418

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see218

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see192

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see163

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see151

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see145

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see144

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see137

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see135

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see134

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see133

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see131

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see130

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see129

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see121

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri