Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Müxtəlif nəqliyyat növlərində sərnişinlərin biletsiz və ya ödəniş edilmədən daşınmasına görə tətbiq olunan cərimələr müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları həyata keçirən avtobuslarda sərnişinin müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 20 manat məbləğində cərimə tətbiq edilir.
Şəhərlərarası (rayonlararası) avtobuslarda sərnişinin biletsiz daşınmasına görə 30 manat, beynəlxalq marşrut üzrə hərəkət edən avtobuslarda isə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Bundan başqa, dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat, dəniz və çay nəqliyyatında biletsiz daşınmasına görə 50 manat, hava nəqliyyatında isə biletsiz sərnişin daşınmasına görə 60 manat məbləğində cərimə tətbiq edilir. (ajans.az)
Bizim.Media
Baxış sayı:187
Bu xəbər 27 İyun 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















