Icma.az
close
up
RU
Avtobusda yaşlı qadına yer verməyən məktəbli döyüldü

Avtobusda yaşlı qadına yer verməyən məktəbli döyüldü

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində avtobusda yerini yaşlı qadına verməyə vaxt tapmayan oğlana hücum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Telegram kanallarında məlumat verilib.

Sərnişinlərin sözlərinə görə, yaşlı qadın nəqliyyat vasitəsinə minərək uşaqdan ona yer verməsini xahiş edib. Oğlan, yəqin ki, təqaüdçünün xahişini eşitməyib və vəziyyəti dərk etməyə macal tapmadan bir kişi onun dartıb oturacaqdan qaldırıb və başına zərbə endirib.

“Uşaq ağlayaraq qurtulmağa çalışsa da, kişi onu buraxmayıb. Avtobusda olanlar məktəblinin müdafiəsinə qalxmayıb. Ona yalnız yuxarı sinif şagirdi olan bir yeniyetmə kpməyə gəlib".

Döyülən uşağın valideynlərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.

Lalə Novruz

seeBaxış sayı:42
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri