Icma.az
close
up
RU
Avtobusların pik saatlarda öz hərəkət sxemini dəyişməsinə AYNA dan XƏBƏRDARLIQ

Avtobusların pik saatlarda öz hərəkət sxemini dəyişməsinə AYNA dan XƏBƏRDARLIQ

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Paytaxt Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əsas problemlərindən biri də bəzi avtobusların müəyyən edilmiş hərəkət sxeminə düzgün riayət etməməsi ilə bağlıdır. Marşrutdan kənara çıxma sərnişinlərin gündəlik gediş-gəlişini çətinləşdirir. Eyni zamanda, bu məsələ sərnişinlərin mənzil və ya iş başına çatmasında vaxt itirməsi ilə nəticələnir. Sərnişinlər bildirirlər ki, 202 və 45 saylı marşrut avtobuslarının sürücüləri vaxtaşırı olaraq bu qaydanı pozurlar.

Bakupost.az xəbər verir ki, AZƏRTAC qeyd edilən problemi araşdıraraq həmin avtobusların daşıyıcılarından münasibət öyrənib, eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də bununla bağlı sorğu ünvanlayıb.

"Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, noyabrın 21-də 45 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən avtobusların təyin edilmiş trayektoriya ilə hərəkəti təmin edilib:

"Belə ki, bir neçə ay idi Binəqədi rayonunun Binəqədi şosesində və digər küçələrdə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılırdı. Bu səbəbdən bəzi istiqamətlərdə hərəkət məhdudlaşmış və ya çətinləşmişdi. Lakin noyabrın 20-də işlər başa çatdırılıb və həmin gündən xətt üzrə avtobusların müvafiq qərarla təyin edilmiş hərəkət sxemi üzrə fəaliyyəti bərpa edilib".

"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov qeyd edib ki, 202 saylı marşrut yalnız metronun "Gənclik" stansiyasından Fətəli xan Xoyski küçəsi istiqamətində metronun "Nərimanov" stansiyasına gedən yolda axşam günün pik saatlarında tıxac olduğu halda hərəkət istiqamətini dəyişir:

"Avtobus qalan istiqamətlərdə öz hərəkət sxemində yolunu davam etdirir. Bütün hallarda, sərnişinlər digər istiqamətlər üzrə hərəkət sxeminin pozulmasını müşahidə edirsə, bu məsələ tərəfimizdən araşdırılacaq".

AYNA-dan qeyd edilib ki, marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir. Bildirilib ki, qeyd edilən marşrutların daşıyıcılarına marşrutların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.

Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət sxemini dəyişməsi sərnişinlərin narazılığına səbəb olur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri