Icma.az
close
up
RU
Avtobuslarla bağlı gözlənilən addım: yenilik ola bilər

Avtobuslarla bağlı gözlənilən addım: yenilik ola bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda zaman-zaman sərinişinlərlə avtobus sürücüsü arasında mübahisələr yaranır. Hətta bəzi hallarda bu, əlbəyaxa davaya, ciddi xəsarətlərə qədər gəlib çıxır. Ötən gün paytaxtın Nizami rayonu ərazisində də oxşar hadisə yaşandı. Belə ki, sürücünün sərnişindən ödəniş tələb etməsindən sonra döyüldüyü bəlli olub.

Bu cür hadisələrin qarşısı necə alına bilər? Avtobus sürücülərini psixopat sərnişinlərdən necə qorumalı? Sürücü kabinini salondan tam izolə etmək mümkündürmü?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, sərnişinlə sürücü arasında yaşanan insident hücumun xarakteri və nəticəsindən asılı olaraq Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə məsuliyyətə səbəb ola bilər:

“Məsələn, 221-ci madddəyə əsasən, ictimai asayişi açıqca pozan, cəmiyyətə qarşı hörmətsiz hərəkət edən sərnişinlər barəsində ittiham irəli sürülə bilər. Həmçinin sürücüyə fiziki xəsarət yetirildiyi və ya qəsdən sağlamlığa vurulan zərərin nəticəsi ağır olduğu halda sərnişin məsuliyyətə cəlb olunur. Hücum sürücünün idarəetməni itirməsinə, qəza təhlükəsinə səbəb olarsa, məsuliyyət daha ağır olur. Çünki faktiki olaraq “ictimai təhlükəli üsulla törədilmiş cinayət” kimi qiymətləndirilə bilər”.

Asim Abbasov

Vəkil qeyd edib ki, qanunvericiliklə avtobuslarda sürücü ilə sərnişin salonu arasında baryerin qadağan edilməsi nəzərdə tutulmayıb:

“Əksinə “Yol hərəkəti”, “Avtomobil nəqliyyatı haqqında” qanunlar, Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin texniki norma və standartları barəsində qərarları təhlükəsizlik tələblərini müəyyən edir. Əgər kabin izolasiyası sürücünün görmə bucağını məhdudlaşdırmır, fövqəladə hallarda sərnişinlərin təxliyəsinə mane olmur və texniki standartlara zidd deyilsə, bu, qadağan edilmir. İşəgötürən işçilərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün tədbirlər görməlidir. Sürücünün iş şəraitinin təhlükəsiz olması hüquqi öhdəlikdir.

Bu kontekstdə sürücü kabinəsinin müdafiəsi üçün texniki vasitələr – bariyer, şüşə, kamera, hücum zamanı təcili yardım düyməsi – dispetçerə siqnal,  təhlükəsizlik kameraları, yaxud GPS izləmə və polis orqanlarına məlumat ötürülməsi sistemləri təşkil olunmalıdır. Əgər işəgötürən bu öhdəlikləri yerinə yetirmirsə və sürücü zərər görürsə, işəgötürən zərərin ödənilməsi kimi mülki-hüquqi məsuliyyət daşıyır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri