Icma.az
close
up
RU
“Avtobusu necə istəyirlər, elə də sürürlər, nəzarət yoxdur”

“Avtobusu necə istəyirlər, elə də sürürlər, nəzarət yoxdur”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Sumqayıtda 7A nömrəli avtobusun bəzi sürücüləri qanunsuz hərəkət edirlər. Onlar ya səhər saatlarında hansısa dayanacaqda saxlamırlar, ya da axşam saatlarında dayanacaqda bizi gözlədirlər”.

Bu şikayətlə “Qafqazinfo”ya sərnişin Brilliant Məmmədova müraciət edib.

Onun sözlərinə görə, avtobus sürücüləri tıxacı bəhanə edərək avtovağzal ərazisinə daxil olmurlar: “7A nömrəli avtobus sürücüləri “aviakassa” adlanan dayanacaqdan Sumqayıt Avtovağzalına daxil olmalı, daha sonra bazara getməlidir. Ancaq bir çox sürücülər, xüsusilə səhər saatlarında, insanların işə getdiyi bir vaxtda avtovağzal yolunda 1-2 maşın olan kimi “Tıxac var, mən avtovağzala girməyəcəyəm” deyərək bazar tərəfə dönür. Qışda, yağışlı gündə, işə gecikdiyimiz halda düşüb növbəti dayanacağa qədər piyada yol gedirik”. 

Vətəndaş deyir ki, hətta avtobusa minərkən sürücüdən avtovağzala dönüb-dönməyəcəyi haqda soruşurlar, cavab “hə” olsa da, nəticə dəyişmir.

Şikayətçi, həmçinin qeyd edir ki, 7A nömrəli avtobusun sərnişinləri axşam saatlarında başqa problemlə üzləşirlər: “Dayanacaqlarda avtobusun sürücüsü sərnişinləri 10-15 dəqiqə gözlədir, özü isə düşür ya çay alır, ya siqaret çəkir. Nə vaxt gedəcəklərini soruşduğumuz zaman deyirlər ki, vaxtladır. Maraqlısı budur ki, avtobusların bu gözləmə vaxtı niyə ancaq axşam ortaya çıxır? Səhər və günorta eyni dayanacaqda belə gözləmə olmur. Sürücülər öz aralarında danışıb avtobusu necə istəyirlər, elə də idarə edirlər. Buna isə nəzarət edən yoxdur”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, Sumqayıt şəhərində 7A nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti aidiyyəti qurum tərəfindən təsdiq edilmiş gündəlik qrafik və əvvəlcədən müəyyən olunmuş marşrut sxemi əsasında həyata keçirilir: “Sözügedən marşrut üzrə avtobusların hərəkətinə və qrafikə riayət olunmasına aidiyyəti məsul qurumlar tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Eyni zamanda, avtobusların dayanacaqlarda əsassız gecikməsi, sərnişinlərin mindirilməsindən imtina edilməsi, marşrut xəttindən kənara çıxma halları yolverilməzdir və bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib. 

Vətəndaşlardan xahiş olunur ki, sərnişindaşıma ilə bağlı rastlaşdıqları problemlər barədə aidiyyəti qurumlara rəsmi qaydada müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür”.

Səsləndirilən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qeyd olundu ki, 7A nömrəli marşrutda 12 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir, lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir: “7 və 7A nömrəli marşrutlar eyni daşıyıcıya məxsusdur. Bu səbəbdən hər iki marşrutla bağlı daşıyıcıya xəbərdarlıq edilib, avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi, müəyyən edilmiş hərəkət sxemi üzrə fəaliyyət göstərmək, təyin edilmiş dayanacaqlarda dayanmaq barədə tapşırıqlar verilib. Qeyd edilən nöqsanlar aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi daşıyıcının diqqətinə çatdırılıb”. 

Qeyd edək ki, 7A nömrəli avtobusun marşrut istiqaməti Sumqayıt Avtovağzalında başlayır və elə eyni nöqtədə də tamamlanmalıdır. 

Mədinə Useynova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri