Avtobusun hərəkət istiqaməti dəyişdi: narazılıq yarandı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Faiq Yusibov küçəsi, Keşlə bazarına 17 nömrəli marşrut avtobusunun gəlməməsi sakinlərin narazılığına səbəb olub.
KONKRET.az xəbər verir ki, sakinlər avtobusa minmək üçün 20 dəqiqə piyada yol qət etməlidirlər.
Sakinlərin sözlərinə görə, sürücülər görülən işlər yekunlaşana qədər sözügedən əraziyə girməyəcəklər:
“Tikinti işi görülsə də, yol açıqdır, digər avtomobillər bu ərazidən keçir. Amma avtobus gəlmir. Tikintinin 2 il vaxt alacağı deyilir, biz indi bu iki ildə piyada hər gün 20 dəqiqə yol getməliyik ki, avtobusa minə bilək? Bu hal bizə çətinlik törədir”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə aparılan tikinti işi avtobusun hərəkətinə çətinlik yaradır:
“Sözügedən ərazidə tikinti işləri davam etdirilir. Avtobusların qabarit ölçüləri nəzərə alınmaqla hərəkət və manevr etməsində çətinlik yaranır. Eyni zamanda, yolun müəyyən hissələrində asfalt örtüyündə olan çökmələr avtobusların zədələnməsinə səbəb ola bilər. İctimai nəqliyyatın təhlükəsiz hərəkəti və sıxlıqda qalmaması üçün sözügedən ərazidən hərəkəti məqsədəuyğun deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















