Icma.az
close
up
RU
“Avtobusun rənginə görə biz əziyyət çəkirik” Video

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nə qədər insan saatlarla dayanacaqda avtobus gözləyir. 105 saylı avtobus xətti vətəndaşlara çətinliklər yaradır”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Balaxanı sakini müraciət edib. 

Sərnişinlərin sözlərinə görə, 8-ci kilometr bazarından Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən həmin xəttin avtobusları yararsız vəziyyətdə olduğundan xidmət göstərə bilmirlər: “Nəticədə biz insanlar əziyyət çəkirik, uşaqları məktəbə belə aparmaq olmur. Yığılıb saatlarla avtobus gözləyirik. Əvvəlki marşrutlarda belə problem yox idi, interval da normal idi. Ancaq bu yenitipli avtobuslar problemlidir. Taksidən istifadə etməyə ehtiyac yaranır. Bunu da hər dəfə çatdırmaq olmaz”. 

Vətəndaşlar, həmçinin iddia edir ki, bu avtobusların sənəd problemləri də var: “Uzun müddət gözlədik, 2 saat sonra avtobus gəldi. Bu zaman isə DYP əməkdaşları tərəfindən saxlanıldı. Bizim bildiyimizə görə, buna səbəb avtobusun sənədlərində problemin olmasıdır. Avtobusun rəngi ilə bağlı problem yaranıb. Belə ki, onların rəngi sənəddə ağ qeyd olunsa da, qırmızıdır. Bunun əziyyətini biz çəkirik, başqa heç bir məlumata sahib deyilik. İstəyirik ki, hər gün vaxtında işimizə çataq. Qiymətlərlə bağlı da problem var. Kartımızdan bir dəfə 55, bir dəfə 60, bir dəfə də 80 qəpik çıxır. Nə qiymətləri tənzimləyirlər, nə də vaxtında vətəndaşa xidmət göstərirlər. Bundan öncəki daşıyıcı şirkətdən razı idik”.

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab isə belə oldu: “105 saylı marşrut xətti üzrə avtobusların bir neçəsi texniki qeydiyyat şəhadətnamələrində xırda uyğunsuzluq səbəbindən xəttdən kənarlaşdırılıb. Hazırda həmin avtobuslar xəttə qaytarılaraq fasiləsiz sərnişindaşıma fəaliyyəti təmin edilib”. 

Sakinlərin saytımıza göndərdiyi videodan da aydın olur ki, sərnişin sıxlığı səbəbindən avtobus qapısı açıq şəkildə hərəkət edir və bu da kifayət qədər təhlükəli vəziyyət yaradır:

Fidan Etibar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see224

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see188

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see141

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see134

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see133

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see131

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see129

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see129

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see129

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see127

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see127

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see125

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see124

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see124

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see123

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see123

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see123

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see122

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see122

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri