Icma.az
close
up
RU
Avtomobil alarkən bu rəngi SEÇİN ŞOK FAKTLAR

Avtomobil alarkən bu rəngi SEÇİN ŞOK FAKTLAR

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Yay aylarında günəşin altında uzun müddət qalan avtomobillərin sürücülərə yaratdığı narahatlıq çoxlarına tanışdır. Portuqaliyanın Lissabon Universitetindən Marcia Matias və onun komandası bu mövzuda maraqlı araşdırma aparıb. Onlar beş saatdan artıq günəş altında qalan qara və ağrəngli avtomobillərin ətrafındakı havanın temperaturunu ölçüblər. Nəticələr göstərib ki, havanın temperaturu 36 dərəcə selsi olarkən qararəngli avtomobilin ətrafında istilik 3,8 dərəcə daha yüksək olub, ağ avtomobilə isə bu qədər güclü təsir göstərməyib. Araşdırma  sübut edir ki, avtomobilin rəngi təkcə vizual seçim deyil, həm də iqlimlə bağlı real fərq yaradan amildir.
Rənglərin işığıudma və əksetdirmə xüsusiyyəti
Elm adamlarının izahına görə, bu fərq rənglərin günəş şüalarını əks etdirmə və udma xüsusiyyətindən qaynaqlanır. Ağ rəng günəş işığının 75-85 faizini əks etdirir, bu da onun səthinin daha az qızmasına səbəb olur. Qara rəng isə işığın yalnız 5-10 faizini geri qaytarır, qalan hissəsini udur və nəticədə daha tez isinərək istiliyi birbaşa ətraf mühitə buraxır. Avtomobilin metal səthinin nazik olması da istilik ötürülməsini daha da sürətləndirir. Bu səbəbdən yay günlərində açıq rəngli avtomobillərin salonunda temperaturun daha dözümlü qalması təsadüfi deyil.
İsti iqlimdə yaşayan sürücülər üçün açıq rəngli avtomobillər – ağ, gümüşü, açıq boz və açıq mavi tonları daha sərfəlidir. Bu avtomobillərin salonu günəş altında nisbətən az qızır, kondisioner sistemi daha az işləyir, nəticədə həm yanacaq sərfiyyatı azalır, həm də mühərrikə əlavə yük düşmür. Bundan başqa, açıq rəngli avtomobillərdə toz və kiçik ləkələr qara rəngdə olduğu qədər nəzərə çarpmır, bu isə gündəlik istifadə zamanı rahatlıq yaradır.
Qara avtomobilin cazibəsi və çətinlikləri
Bununla belə, qararəngli avtomobillər illərdir, bazarda öz mövqeyini qoruyur. Bu rəng daha çox klassik üslub, prestij və möhtəşəmlik simvolu sayılır. Avtomobil satıcısı Elşən Məmmədov deyir ki, salonlarında qara avtomobillərə maraq daim yüksəkdir. Onun sözlərinə görə, alıcıların bir çoxu qara rəngi seçməklə özlərini daha təmkinli və cəlbedici hiss etdiklərini bildirir. Satıcı əlavə edir ki, yay aylarında qara avtomobillərin sahibləri istilikdən daha çox şikayətlənirlər. Bundan başqa, qara rəngdə toz, palçıq və ən xırda cızıqlar belə dərhal nəzərə çarpır ki, bu da avtomobilin daim yuyulmasını və baxımlı saxlanılmasını tələb edir.
Usta baxışı: praktiki üstünlüklər və çatışmazlıqlar
Avtomobil ustası Cavid Quliyev isə məsələyə texniki tərəfdən yanaşır. Onun fikrincə, açıqrəngli avtomobillər yayda çox rahatdır, lakin qışda onların salonunu isidib komfortlu mühit yaratmaq üçün kondisioner sisteminə daha çox yük düşür. Qara avtomobil qışda daha tez isinməyə meyllidir, amma yayda sürücünü ciddi narahat edə bilər. O deyir ki, əgər avtomobil daim açıq havada saxlanılacaqsa, açıq rəng seçmək daha məntiqlidir, əgər qaraj şəraiti varsa, qara və digər tünd rənglər də böyük problem yaratmaz. Usta əlavə edir ki, bəzi alıcılar yalnız görünüşə aldanaraq seçim edirlər, lakin praktiki tərəfi düşünmədən verilən qərar sonradan peşmanlıq doğura bilər.
Alıcıların fikirləri necədir?
Sürücülər arasında da bu mövzuda müxtəlif baxışlar var. Bakı sakini Rəşad Əliyev deyir ki, uzun illər qararəngli avtomobil sürüb, amma yayda hər dəfə maşına minəndə salona daxil olmaq olmurdu. Onun sözlərinə görə, sonradan ağ avtomobil alanda fərqi dərhal hiss edib. Digər alıcı Səbinə Məmmədova isə bildirir ki, qadın sürücülərin əksəriyyəti üçün açıq rənglər həm praktik, həm də estetik baxımdan daha münasibdir, bu zaman həm qızma az olur, həm də avtomobil daha işıqlı görünür. Bununla yanaşı, bəziləri qara rəngin yaratdığı cazibədən vaz keçmək istəmir və bütün çətinliklərinə baxmayaraq, məhz bu rəngi seçirlər”.
Mütəxəssislər hesab edirlər ki, avtomobilin rəngi yalnız estetik seçim deyil, həm də həyat tərzi, iqlim və gündəlik istifadənin tələbləri ilə bağlıdır. İsti bölgələrdə açıqrəngli avtomobillər həm sağlamlıq, həm də yanacaq qənaəti baxımından üstünlük verir. Tündrəngli avtomobillər isə daha çox vizual zövq, status və qışda rahatlıq axtaran sürücülərin seçimidir. Ən ideal variant isə alıcının şəxsi şəraitinə, saxlanma imkanlarına və yaşadığı iqlimə uyğun qərar verməsidir.(hafta.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see211

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see209

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see137

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see132

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see130

Təhsilin İnkişafı Fonduna direktor təyin olunan Nicat Məmmədli KİMDİR? DOSYE

18 Dekabr 2025 12:13see130

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri