Icma.az
close
up
RU
Avtomobil bazarında bu maşına tələbat artdı FOTOLAR

Avtomobil bazarında bu maşına tələbat artdı FOTOLAR

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Son vaxtlar baş verən yol qəzalarında  ölüm halları artıb və bunun əksəriyyəti də Sovet istehsalı olan maşınların iştirakı ilə törədilən qəzalara aiddir. Cəmiyyət artıq "konserv qutuları" adlandırılan, istismar müddəti bitmiş, heç bir təhlükəsizlik göstəricisinin olmadığı Sovet maşınları hələ də bazarda tələb görür və sürətlə satılır. Üstügəl son aylar Sovet istehsalı olan avtomobillərə tələbat da artıb və qiymətləri də yenidən bahalaşmasıdır. Ölkəyə gətirilən avtomobillərin istehsal ili ilə bağl tələbin 2014-cü ilə qaldırıması da daxildəki ikinci əl maşınlara tələbatı artırır. 

Sitat.info-nun əməkdaşı Sumqayıt avtomobil bazarına baş çəkib, vəziyyətlə maraqlanıb.

Məlum olub ki, avtomobil almaq üçün buraya əsasən Bakıətrafı qəsəbələrdən və rayonlardan gəlirlər. Bu bazar "Badamdar" qəsəbəsində yerləşən maşın bazarından kiçik olsa da, kifayət qədər alıcı və satıcı kütləsi var.

Bazarda istənilən növ və markaya aid avtomobil satışı həyata keçirilir. Burada yalnız ikinci əl avtomobillər gətirilir. Onu da bildirək ki bu bazar başqa bazarlarla müqayisədə daha ucuz hesab olunur. Qiymətlər də avtomobilin istehsal ilinə və modelinə görə dəyişir. Ən ucuz avtomobil "VAZ 2101" dir ki, onu 2500 manata almaq mümkündür. 

"Vaz 2107", "VAZ 2106" markalı avtomobillərin qiyməti 5 min manatdan 9 min manata qədər dəyişir.

Almaniya istehsalı olan avtomobillərə tələbat isə həddindən artıq çoxdur. 1991-ci il istehsalı olan "Mersedes -190" markalı avtomobil 4-5 min manata satılır. Ümumiyyətlə, alman istehsalı olan avtomobillər bazarda liderdir. "Çeşka", (Mersedes C200)",  "Dördgöz" ("Mersedes E 220) markaları alverçi dili desək, ən şçox satılan maşınlardır.

Konserv qutuları  dediyimiz "jiqulilər"ə tələbatın əsas səbəbi ölkəyə gətirilən ikinci əl avtomobillərinin bahalaşmasıdır. Alıcılar bunu belə izah etdillər: "Bilirsiniz ki, yeni qaydalarla ölkəyə 2014-cü ildən aşağı maşın gətirmək olmur. İli yuxarı olan avtoimobilər isə çox bahadır, büdcəyə uyğun deyil.Ölkədə olan avtomobillər yavaş-yavaş  sıradan çıxır. Maşını olan da satmır ki, yenisini ala bilməyəcək, çox bahadır. Satan isə əlində pul qalsın deyə, puluna uyğun, yəni sovet maşını, ya da 1991-cilin alman istehsalı avtomobilini alır.İli köhnə olsa, bu maşınlar dözümlüdür. "Xadavoy"una əl gəzdirsən, 5-6 ay problemsiz sürürsən. Rusun "Jiquli"sidir dözümlüdür".

Maşın dəllaları isə bildirdilər ki, yeni qanun onları da qazancsız qoyub: "Əvvəllər 5-10 min  maya ilə Gürcüstandan avtomobil gətirirdik. İli köhnə olsa da, bazara yaxşı maşınlar çıxarırdıq. İndi mümkünsüzdür. 2014-2015-ci illərin ən ucuz avtomobili 15-20  minə bazara gəlir.  

Belə olan halda əziyyətinə də dəymir. Gömrük rüsumunun çox olması da əngəl törədir. Ona görə də necə deyərlər  "al qapıda, sat qapıda" edirik".

Göründüyü kimi, avtomobil idxalında istehsal ili ilə bağlı tələbin qoyulması hər nə qədər ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağı hədəfləsə də, ölkə daxilində utilizasiya vaxtı çatan maşınları belə dəbə mindirib. Çünki avtomobil almaq istəyən imkansız əhali 5-10 min manat civarında ancaq "ayağımı yerdən götürsün" düşüncəsi ilə bu ölüm maşınlarını alır. Heç bir 

Səid İsaoğlu,

Sitat.info

Fotolar və video müəllifindir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see311

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see191

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see183

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see167

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see132

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see129

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see127

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see127

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see125

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see120

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see120

Biləsuvarda üzüm bağlarında ziyanvericilərə qarşı mübarizə aparılır

19 Avqust 2025 17:42see118

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see117

Gəncədə 10 yaşlı uşaq bıçaqlandı Vəziyyəti ağırdır

19 Avqust 2025 21:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri