Icma.az
close
up
RU
Avtomobil bazarında qiymət enişi nə vaxta qədər davam edəcək? ekspert açıqladı

Avtomobil bazarında qiymət enişi nə vaxta qədər davam edəcək? ekspert açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son dövrlərdə Azərbaycan avtomobil bazarında, xüsusilə Çin istehsalı avtomobillərin qiymətlərində müşahidə olunan eniş bazarda yeni rəqabət mühiti formalaşdırıb. 

Maraqlıdır, bu proses müvəqqəti mövsümi amillərlə bağlıdır, yoxsa Çin avtomobillərinin kütləvi idxalı və bazarda yaranan təklif artığı uzunmüddətli perspektivdə avtomobil bazarının strukturunu dəyişərək ənənəvi markaların mövqeyini zəiflədə bilər?

Mövzu ilə bağlı Moderator.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib. 

Ekspert bildirib ki, bu, müvəqqəti bir prosesdir. Məsələ ondan ibarətdir ki, 2024–2025-ci illər ərzində Azərbaycana xeyli sayda Çin istehsalı hibrid avtomobillər gətirilib:

"Hazırda həmin avtomobillərin müəyyən hissəsi bazarda qalmaqda davam edir və məhz bu səbəbdən bəzi sahibkarlar onları daha aşağı qiymətlərlə təklif edirlər. Lakin 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan avtomobillərin qiymətlərində azalma müşahidə olunmur, əksinə, artım tendensiyası qeydə alınır. Bu avtomobillər təxminən 18 faiz civarında əlavə dəyər vergisi tətbiq olunmaqla satışa çıxarılır.

Əvvəllər Çin avtomobillərinin postsovet ölkələrinə geniş şəkildə daxil olmasından öncə region bazarlarında əsas üstünlük Rusiya istehsalı minik avtomobillərinə verilirdi. Bunun əsas səbəbi həmin avtomobillərin daha ucuz olması, istismar xərclərinin nisbətən aşağı səviyyədə qalması və təmir prosesinin daha sadə, daha sürətli şəkildə həyata keçirilməsi idi.

Lakin Rusiya minik avtomobili sənayesində geriləmə baş verdikdən sonra yaranan boşluğu Çin istehsalı avtomobillər tədricən doldurmağa başladı. Hazırkı proses də məhz bu istiqamətdə davam edir. Bununla belə, bu tendensiya Çin avtomobillərinin Azərbaycan bazarında digər markaları tamamilə sıxışdıracağı anlamına gəlmir. Əksinə, alıcılar arasında ənənəvi avtomobil markalarına olan maraq və üstünlük hələ də qorunub saxlanılır".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 İyun 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri