Avtomobil bazarında qiymətlər necədir? VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Payız mövsümünün gəlməsi ilə avtomobil bazarında durğunluq yaşanır.
Avtosfer.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki,satıcılar deyirlər ki, alıcıların azalmasına baxmayaraq, qiymətlərdə ciddi dəyişiklik yoxdur.
Maşın almaq istəyənlərin əsas seçimi isə mühərriki kiçik, yanacağa qənaət edən və daha çox çin istehsali olan avtomobillərdir.
Hazırda avtomobil bazarında satıcı çox, alıcı isə çox azdır.
Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Xüsusilə payızın gəlişindən sonra bazarda alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.
Satıcılar deyirlər ki, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Alıcı az olsa da, avtomobil sahibləri qiymətləri kəskin endirməyə tələsmirlər. Belə vəziyyətdə bazarda əsas sual budur: alıcılar hansı avtomobilləri axtarırlar?
Bazarda olan azsaylı alıcıların bir qismi geniş salona və çətin hava şəraitində istifadəyə uyğun avtomobillərə üstünlük verir.
Alıcılar seçim edərkən daha çox yanacaq sərfiyyatını, avtomobilin saxlanma xərcini və qiymətini nəzərə alırlar. Satıcılar hesab edirlər ki, Yeni il öncəsi bazarda nisbətən də olsa canlanma ola bilər.
YouTubehttps://www.youtube.com/watch?v=FkWGxysXS40
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















