Avtomobil brendi RollsRoyce və Maybach üçün rəqib hazırlayıb FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei" şirkəti "Maextro" markalı avtomobil istehsal edəcək. Qeyd olunur ki, avtomobil "Maybach" və "Rolls-Royce"un məhsulları ilə rəqabət aparacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat verib.
Məlumata əsasən "S800" zavod indeksi verilən avtomobilin faktiki uzunluğu 5.5 metrədək olacaq. "Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinfinə aiddir və "Mercedes-Benz S" ("Maybach") sinifi və "Rolls-Royce Ghost" ilə müqayisə edilə bilər. Fərq ondadır ki, "S800" tam elektrikli olacaq", - nəşr qeyd edib.
"S800"ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin ildə bu sedanlardan 35 min ədəd istehsal edəcəyi nəzərdə tutulur.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















