Avtomobil dünyasında geri dönüş: 2027 ci ildən MƏCBURİ olacaq
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtomobil standartlarında ciddi dəyişikliklər edib. 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, sükan və qapı tutacaqlarının dizaynında məcburi dəyişikliklər tətbiq olunacaq.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, sürücü xəsarətlərinin 46 faizi yarım dairəvi sükan mexanizmlərindən qaynaqlanır. Bu səbəbdən yeni reqlament belə sükanların istifadəsini qadağan edərək ənənəvi dairəvi formaya qayıdışı tələb edir. Dairəvi sükanlar qəza zamanı zərbəni daha geniş sahəyə yayaraq ağır xəsarət riskini azaldır.
Digər bir qadağa isə müasir avtomobillərdə populyarlaşan gömülmüş qapı tutacaqları ilə bağlıdır. Qəza zamanı avtomobilin elektrik sistemi sıradan çıxdıqda bu cür qapıları kənardan açmaq çətinləşir və bu, təxliyə prosesinə mane olur. Təhlükəsizlik mütəxəssisləri bu riskin qarşısını almaq üçün mexaniki tutacaqların vacibliyini vurğulayırlar.
Texnoloji yeniliklər bununla bitmir. 2026-cı ildən etibarən avtomobillərdə yüz illik hidravlik əyləc sistemi yerini tam rəqəmsal texnologiyaya buraxmağa başlayır. "Elektron Mexaniki Əyləc" sistemi sayəsində hidravlik borular və mayelər tarixə qovuşur. Yeni sistem əyləc məsafəsini qısaltmaqla yanaşı, avtonom idarəetmə üçün daha həssas infrastruktur yaradır.
Qeyd edək ki, bu qaydalar hələlik yalnız Çin bazarında istehsal olunan və satılan yeni nəqliyyat vasitələrinə şamil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Fevral 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















