Avtomobil idarə edərkən “qırmızı işıq”da telefondan istifadə etmək olar?
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Nəqliyyat eksperti Yasin Mustafayev sürücülərin işıqforun qadağanedici işığında telefondan istifadə etdikləri, yaxud telefonun hərəkət anında əldə tutulması zaman cərimə yazılmasına etiraz etmələrinə münasibət bildirib.
Ekspert Pravda.az-a açıqlamasında deyib ki, hərəkət iştirakçısı işıqforda dayanan zaman da hərəkət iştirakçısı sayılır:
“Bəzən müşahidə edirik, yaşıl işıq yansa belə, sürücülərin çoxu gözləyir. Çünki telefondan istifadə edirlər. Buna görə də qanunda hər bir hal nəzərdə tutulub. İstər hərəkət anında olsun, istərsə də işıqforda dayansın, sürücü avtomobili park etməyibsə, telefondan istifadə etməməlidir. Qanunda telefonu əldə tutaraq istifadə etməkdən söhbət gedir. Yəni sürücü mesaj yazsa da, danışmasa da, əlində telefon tutubsa, o cərimələnməlidir. Qanun bunu tələb edir. Güzəşt olunmamalıdır, çünki qəzaların çoxu telefondan istifadə edərkən baş verir. Sürücünün başı telefona qarışır, qəza şəraiti yaranır, yaxud qəza baş verir”.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















