Avtomobil ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 116 milyon 213,7 min ton yük, 1 milyard 603 milyon 339,6 min sərnişin daşınıb.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 milyon 297,4 min ton və ya 6,7 % və 161 milyon 683,5 min sərnişin və ya 11,2 % çoxdur.
Hesabat dövründə 1 milyard 482 milyon 288,6 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 151 milyon 688,4 min nəfər və ya 11,4 % çoxdur. 2026-ci ilin yanvar-sentyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 9 milyon 995,1 min nəfər və ya 9 % artaraq 121 milyon 51 min nəfər olub.
Sərnişinlərin 92,5 %-i avtobus, 7,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















