Icma.az
close
up
RU
Avtomobil istehsalı 80 faiz artıb

Avtomobil istehsalı 80 faiz artıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2018-ci ildən 2025-ci ilin birinci yarısı da daxil olmaqla İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. 

Qurumdan verilən məlumata görə, bu ilin 6 ayı ərzində Hacıqabul Sənaye Parkında 59 milyon manat dəyərində 1928, Neftçala Sənaye Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 avtomobil buraxılıb. Ümumilikdə, avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 80 faiz artıb. Hesabat dövründə sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı avtomobillər istehsal edilib.

Bu günlərdə ölkəmizdə ilk dəfə olaraq orta çəkili yük avtomobilləri və avtobuslar üçün əyləc bəndlərinin istehsalına başlanılıb. İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Brake Systems Azerbaijan” MMC artıq 600 min manatlıq məhsul satışı edib. Hazırda müəssisədə Yaponiya və Cənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləc bəndlərinin hazırlanması həyata keçirilir. Burada Çinin qabaqcıl texnologiyaları əsasında 220 çeşiddən artıq əyləc bəndi istehsal olunur.

Müəssisədə hazırda ancaq minik avtomobilləri üçün əyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkili yük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulun istehsalına başlanılması nəzərdə tutulur. İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən istehsal sahəsində 15 nəfər daimi işlə təmin edilib.

Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən müəssisədə xammal Çin və Özbəksitandan gətirilir. Yaxın vaxtlarda isə məhsul istehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır. Hazırda əyləc bəndlərinin “Klass” brendi adı altında daxili bazara satışı həyata keçirilir. Bununla yanaşı, məhsulun İraq, Qazaxıstan və s. ölkələrə ixracı istiqamətində də danışıqlar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri