Avtomobil nəhəngləri elektromobillərdən niyə imtina edir?
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AzVision.az bu barədə Financial Times -a istinadla məlumat verir.
Məlumata əsasən, Honda, Bentley, Lotus, Audi, Porsche, Mercedes-Benz, Ford, Stellantis, Volvo, Rolls-Royce, Lamborghini və Ferrari elektromobil istehsalı ilə bağlı əvvəlki planlarını dəyişdirərək daha ehtiyatlı yanaşma sərgiləyirlər.
Ekspertlərin fikrincə, bu dəyişikliklər bir neçə əsas amillə bağlıdır. İlk növbədə, daxiliyanma mühərrikli avtomobillərə qlobal tələbatın gözlənildiyindən zəif olması istehsalçıları strategiyalarını yenidən qurmağa məcbur edir. Bundan əlavə, ABŞ və Avropada elektromobillərə dövlət subsidiyalarının azalması və ya ləğvi bu sahəyə investisiya marağını zəiflədir.
Bununla yanaşı, elektromobil istehsalında əsas komponent olan batareyaların yüksək maya dəyəri, xammal (litium, kobalt və s.) təminatında çətinliklər, həmçinin enerji doldurma infrastrukturunun bir çox ölkələrdə yetərincə inkişaf etməməsi də şirkətlərin qərarlarına təsir edən mühüm amillər kimi göstərilir.
Məlumatda qeyd olunur ki, strategiyaların yenilənməsi, yeni elektrik modellərinin buraxılışının təxirə salınması və investisiya planlarının korrektə edilməsi nəticəsində avtomobil sənayesi son bir ildə azı 75 milyard dollar itirib.
Bir sıra istehsalçılar tam elektrikli modellərə keçid müddətini uzadaraq hibrid texnologiyalara daha çox üstünlük verməyə başlayıb. Digərləri isə daxiliyanma mühərrikli avtomobillərin istehsalını 2030-cu ildən sonra da davam etdirəcəklərini açıqlayıb.
Ekspertlər hesab edir ki, yaxın illərdə avtomobil bazarında “tam elektrikləşmə” əvəzinə paralel inkişaf modeli – yəni elektrik, hibrid və ənənəvi mühərrikli avtomobillərin eyni vaxtda mövcudluğu daha real ssenari kimi formalaşacaq.
Məhəmmədəli Həsənli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Avtomobil nəhəngləri Avropanı tərk edir: Niyə hamısı Çinə köçür?
03 Noyabr 2026 10:24
Almaniyanın avtomobil nəhəngləri böhran içərisindədir
16 Dekabr 2025 20:53
Alman avtomobil nəhəngləri böhran içində
07 İyun 2026 17:35
Böhran başladı... Avtomobil nəhəngləri çöküşə gedir
07 İyun 2026 10:05
Çin və Yaponiyanın avtomobil nəhəngləri çətinliklərlə üzləşir
30 Oktyabr 2025 20:07
Baxış sayı:130
Bu xəbər 23 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları