Icma.az
close
up
RU
Avtomobil nəqliyyatı sistemində haçalanma inkişafın qarşısını alır

Avtomobil nəqliyyatı sistemində haçalanma inkişafın qarşısını alır

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda avtomobil yolları və nəqliyyat sahəsinin idarə edilməsi 100 ildən çox bir müddət ərzində müxtəlif mərhələlərdən keçib və bu dövr ərzində həm təşkilati, həm də struktur dəyişikliklərinə məruz qalıb.

Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət təsisatlarında biri Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılması olub. Bir il sonra bu sahəyə diqqət daha da artırıldı, ayrıca nəqliyyat və yol məsələləri üzrə ixtisaslaşmış Yollar Nazirliyi təsis edildi.

Sovet işğalından sonra, 1921-ci ildən etibarən nazirliyin adı dəyişdirilərək "Rabitə və Yollar Nazirliyi" adlandırıldı. Bu qurum həm rabitə xidmətlərini, həm də yol şəbəkəsini idarə edən vahid struktur idi. 1946-cı ilə qədər xalq komissarlığı adı altında fəaliyyət göstərən qurumun bazasında Avtomobil Nəqliyyatı Nazirliyi yaradıldı. Bu nazirlik avtomobil nəqliyyatının inkişafını və avtomobil yollarının təmiri və yenidən qurulmasını həyata keçirirdi.

1953-cü ildə növbəti islahatlar nəticəsində Yol və Nəqliyyat Təsərrüfatı Nazirliyi yaradıldı. 1955-ci ildə nazirlik Avtomobil Nəqliyyatı və Şose Yolları Nazirliyi adı ilə fəaliyyətini davam etdirdi.
1956-cı ildən başlayaraq Avtomobil Nəqliyyatı Nazirliyi adı altında fəaliyyət göstərən qurum ölkənin avtomobil yolları və avtomobil nəqliyyatı sisteminin idarəçiliyinə davam etdi.
Müstəqillik illərində bu sahə üzrə fəaliyyət bir qədər parçalandı və nəticədə “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət Şirkəti yaradıldı. 2003-cü ildən sonra, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılması ilə bu sahədə fəaliyyət yenidən mərkəzləşdirildi, “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət Şirkəti ləğv edildi. Həmin qurumlar Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" departamentləri kimi fəaliyyətini davam etdirdi.


2015-ci ildən sonra avtomobil yollarının tikintisi və istismarı “Azəryolservis” ASC, daha sonra isə “Azəravtoyol” ASC tərəfindən həyata keçirilməyə başlandı. 2017-ci ildən etibarən bu fəaliyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyinə verildi. Bu illər ərzində avtomobil yollarında xidmətin təşkili əvvəlcə Nəqliyyat Nazirliyinin, sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətində olub. 2021-ci ildən sonra isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması ilə avtomobil yollarında xidmətin təşkili bu nazirliyin aidiyyəti struktur bölməsi tərəfindən həyata keçirilir.

Beləliklə,1 əsrlik dövr ərzində Azərbaycanda avtomobil yolları sahəsində çox sayda struktur dəyişiklikləri baş verib, lakin ümumi tendensiya əsasən fəaliyyətin vahid qurum tərəfindən həyata keçirilməsi olub.

Bu yanaşma ölkənin digər nəqliyyat sistemlərində də tətbiq olunur. Məsələn, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolu infrastrukturunu yaradır və istismarını təmin edir, həmçinin sərnişin və yük daşınmasını həyata keçirir.

Bakı Metropoliteni də həm infrastrukturun yaradılması, həm də xidmətin təşkilini həyata keçirir. Mülki hava nəqliyyatı sahəsində isə Azərbaycan Beynəlxalq Hava Yolları (AZAL) həm infrastrukturun yaradılması, həm də xidmətin təşkilini təmin edir. Dəniz gəmiçiliyi sahəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti həm infrastrukturun yaradılmasına, həm də xidmətin təşkilinə məsuliyyət daşıyır.

Hazırda avtomobil nəqliyyatı sahəsində infrastrukturun yaradılması və istismarı bir qurumda, xidmətin təşkili isə başqa bir dövlət qurumunda həyata keçirilir. Bu sahədə mövcud olan iki ayrı qurumdan biri - "Azəravtoyol" Dövlət Agentliyi avtomobil yollarının infrastrukturunun yaradılmasından və istismarından məsuldur, digər qurum isə xidmətin təşkilini həyata keçirir.

Azərbaycanda ümumilikdə 18,9 min km avtomobil yoluna xidmət göstərilir. Bunlardan 4,8 min km respublika əhəmiyyətli, 14,1 min km isə yerli əhəmiyyətli yollardır. Bu yollardan 17,7 min km-i Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən istismar olunur; bunlardan 4,5 min km respublika, 13,2 min km isə yerli əhəmiyyətlidir.

Mütəxəssislər hesab edirlər ki, avtomobil yolları sahəsində vahid qurumun yaradılması və dövlət strukturunun təkmilləşdirilməsi müsbət nəticələr verə bilər. Belə bir islahat resursların daha yaxşı idarə edilməsinə, funksiyaların təkrarlanmasının qarşısının alınmasına və bürokratik yükün azalmasına kömək edə bilər.

Nəqliyyat məsələləri üzrə ekaspert Elməddin Muradlı Modern.az-a bildirib ki, nəqliyyat sisteminin bir mərkəzdən idarə olunması ilə bağlı hazırda müzakirələr gedir. Bütün nəqliyyat sistemin bir mərkəzdən idarə olunması artıq müsbət nəticələr verməkdədir.

“Hazırda Nəqliyyatı Əlaqələndirmə Şurası, eyni zamanda ASCON-da nəqliyyata aid bir çox qurumlar birləşir. Sistemin bir mərkəzdən idarə edilməsi nəticəsində müəyyən irəliləyişlər var. Cənab Prezident də jurnqalislərlə görüşündə bildirmişdi ki, Azərbaycan Hava Yolları, həm də Azıərbaycan Dəmir Yolları son 2 ildə gəlirlə işləyib. Dövlətə ziyan vurmur, əkinə xeyir verməyə başlayıb. Eləcə də digər nəqliyyat qurumları kənarda qalmamalı, vahid mərkəzdən idarə olunmalıdır. Həqüiqətən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol çəkir, amma hərəkətin təşkilini və təhlükəsizliyini başqa qurumlar həyata keçirir. Həmin qurumlar təkliflər verir. Gələcəkdə ola bilər vahid bir mərkəzdən idarə oluna bilər. Bakı Şəhər İcra Hakimiyyətinin isə ümumiyyətlə yol çəkmək məsələsi ümumiyyətlə absurddur. Ümumiyyətlə, rayon icra hakimiyyətlərinin də yol çəkməsi gülüncdür. Məhəllədaxili yolları rayon ictra hakimiyyətləri çəkir. Ən yüksək səviyyədə çəkdikləri yol 2 ildən artıq getmir”  

Xarici təcrübə də göstərir ki, avtomobil yolları ilə bağlı infrastruktur və xidmətlər, yerüstü nəqliyyat və rəqəmsal texnologiyalar arasında koordinasiya və sinxronizasiyanın artırılması mümkündür. Məsələn, avtomobil yolları ilə bağlı məlumatlar müasir texnologiyalarla, rəqəmsal xəritələr, trafikin izlənməsi və yol məlumatları ilə birləşdirilə bilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inkişaf etmiş texnologiyalar üzrə təcrübəsi yol infrastrukturunun idarə edilməsində də istifadə oluna bilər. Ağıllı yollar, yol istifadəsinin izlənməsi və optimallaşdırılması üçün yeni texnologiyalar tətbiq oluna bilər. Bu yanaşma həm də ümumi nəqliyyat şəbəkəsinin idarə edilməsini daha səmərəli edər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri